Bir domeni, çoxlu sayt
Subdomain - əsas domeninizin alt-bölümüdür. Məsələn, blog.şirkət.az, shop.şirkət.az, support.şirkət.az. Bu bələdçidə cPanel-də 2 dəqiqəyə subdomain yaratmağı və üzərində yeni sayt qurmağı öyrənəcəksiniz.
İcmal
- Subdomain niyə yaradılır?
- cPanel-də yaratmaq
- Subdomain-də WordPress install
- SSL sertifikatı (avtomatik)
- Subdomain-i silmək
Subdomain nə üçün?
- Blog ayrı saxlamaq:
blog.şirkət.azWordPress, əsas sayt static - Online mağaza:
shop.şirkət.azWooCommerce, əsas sayt qalır - Müştəri dəstək:
support.şirkət.azhelpdesk app - Test mühit:
test.şirkət.azyeni dəyişiklikləri sınamaq - Region versiyaları:
ru.şirkət.azrus dilli - API endpoint:
api.şirkət.azbackend ayrılır
cPanel-də yaratmaq
- cPanel-ə daxil olun
- "Domains" bölməsində Domains tıklayın (köhnə cPanel-də Subdomains)
- "Create A New Domain" düyməsi
- Subdomain doldurun:
- Domain:
blog.şirkət.az(tam yazın) - Document Root: avtomatik
/home/user/blog.şirkət.aztəyin olur (istəsəniz dəyişə bilərsiniz)
"Submit" basın - 1-2 saniyəyə yaranır.
DNS avtomatik konfiqurasyon
cPanel avtomatik DNS A record əlavə edir. DNS yayılma 5-30 dəqiqə (Hostinq.az-da PowerDNS olduğundan tez).
Subdomain-də WordPress install
Auto-installer ilə
- cPanel → Software → WordPress Manager (Softaculous)
- "Install" düyməsi
- Choose Domain →
blog.şirkət.azseçin - In Directory: boş qoyun (root-a install)
- Site Name: "Mənim bloqum"
- Admin username + parol (güclü)
- Install - 30 saniyəyə hazır
İndi blog.şirkət.az/wp-admin ilə daxil olub blog quraşdıra bilərsiniz.
Manual install
Softaculous istifadə etmirsənsə, WordPress.org-dan ZIP endir → File Manager-də subdomain qovluğuna upload → install.php-yə girib quraşdır.
SSL sertifikatı
Hostinq.az AutoSSL avtomatik subdomenlərə də SSL qurur. 5-15 dəqiqə gözləyin.
Yoxlamaq: https://blog.şirkət.az - yaşıl bağlam görünür.
Manual yoxlama:
- cPanel → Security → SSL/TLS Status
- Subdomain-i siyahıda görəcəksiniz
- Status "AutoSSL Issued" görünməlidir
- Yox olsa "Run AutoSSL" düyməsi basın
Subdomain silmək
Lazım olmasa silmək asan:
- cPanel → Domains
- Subdomain-in yanında "Manage" → "Remove"
- Təsdiqlə
Fayllar avtomatik silinmir - File Manager-də qovluğu silməyiniz lazımdır.
DNS xəbərdarlığı: Subdomain silindikdən sonra DNS-də A record də silinir, lakin köhnə cache-də 24 saata qədər qala bilər.
Vacib qeydlər
- Hər hosting paketdə subdomain limiti var (Basic 5, Pro 50, Premium 500)
- Subdomain mövcud paketdən resurs istifadə edir, ayrı hosting almaq olmaz
- Subdomain SEO baxımından əsas saytdan tamamilə fərqli sayt sayılır
- Subfolder (saytinız.az/blog) və subdomain (blog.saytinız.az) müxtəlif yanaşmalardır - hansının seçilməsi SEO strategiyasına bağlıdır
FAQ
Subdomain pulsuzdur?
Bəli - domain bir dəfə alınır, limitsiz subdomain yaradılır. Hosting paketinin limiti çərçivəsində.
Subdomain başqa hostingə yönləndirilə bilər?
Bəli - DNS A record-u başqa server IP-ə qoyun, cPanel-də subdomain yaratmayın, yalnız Zone Editor-də A record əlavə edin.
Subdomain üçün ayrı SSL lazımdır?
Wildcard SSL (*.şirkət.az) bütün subdomenlər üçün işləyir. AutoSSL hər subdomain üçün ayrı sertifikat qurur - eyni effekt.
WWW subdomain hesab olunur?
Texniki bəli, amma cPanel default əlavə edir. www.şirkət.az və şirkət.az adətən eyni saytı göstərir.
Çoxlu sayt? Hostinq.az hostingində rahat
Pro paketdə 50 subdomain, Premium-da 500. Hər biri ayrı sayt kimi işləyə bilər.
Hosting paketləri