Hostinq.az infrastrukturu: Bakıda Delta Telekom data mərkəzi və 8 ölkədə 10 lokasiya
2008-ci ildən Azərbaycanda hostinq xidməti göstəririk. Saytlarınız Bakıda Delta Telekom data mərkəzində və Almaniyada ISO/IEC 27001 sertifikatlı data mərkəzində, VPS serverlər 8 ölkədə işləyir. Bu səhifədə avadanlığımızı, ehtiyat nüsxə qaydamızı və serverləri necə izlədiyimizi açıq yazırıq.
- Bakı: Azərbaycan IP ünvanları, ölkə daxilində 5 ms-dən az gecikmə
- Hər gecə ayrı buludda ehtiyat nüsxə, hər həftə hər hesabın tam arxivi
- 99.9% uptime zəmanəti (SLA) və 24/7 server monitorinqi
Bakı: Delta Telekom data mərkəzi
Azərbaycan lokasiyalı hostinq və Bakı VPS serverlərimiz Delta Telekom data mərkəzində, Azərbaycanın əsas magistral şəbəkəsinə birbaşa qoşulmuş şkaflarda yerləşir. Ziyarətçiləriniz Azərbaycandadırsa, sayt ölkə daxilindən açılır və məlumat ölkədə saxlanılır.
- Azərbaycan IP ünvanları (yerli xidmətlər və e-gov üçün)
- Ölkə daxilində 5 ms-dən az gecikmə
- Bakıdan Almaniyaya gecikmə təxminən 60-80 ms
Serverlərimiz harada yerləşir
Hər xidmət üçün lokasiyanı özünüz seçirsiniz. Qiymətlər müvafiq paket səhifələrindədir.
| Lokasiya | Ölkə | Xidmətlər |
|---|---|---|
| Azərbaycan | Hostinq, VPS | |
| Almaniya | Paylaşılan hostinq, dedicated serverlər | |
| Almaniya | Cloud VPS | |
| ABŞ | VPS | |
| Böyük Britaniya | VPS | |
| Sinqapur | VPS | |
| Yaponiya | VPS | |
| Hindistan | VPS | |
| Avstraliya | VPS |
Hostinq serverində nə işləyir
Paylaşılan hostinqdə hər sayt ayrıca limitlərlə işləyir, qonşu sayt sizin saytı yavaşlada bilməz.
Server
12 axınlı Intel Xeon prosessor və 256 GB RAM.
SSD RAID10
4 SSD disk RAID10 massivində: bir disk sıradan çıxsa da saytlar işləməyə davam edir.
CloudLinux LVE
Hər hesab üçün ayrıca CPU, RAM və proses limiti. Bir saytdakı yük digərlərinə keçmir.
LiteSpeed Enterprise
LiteSpeed veb server və LSCache: WordPress və digər saytlar keşdən sürətlə açılır.
Imunify360
Antivirus, veb tətbiq firewall-u (WAF), parol oğurluğuna qarşı qoruma və proaktiv müdafiə.
cPanel / WHM
Standart idarəetmə paneli: fayllar, bazalar, poçt, DNS, SSL və bir kliklə WordPress.
Məlumatınız necə qorunur
Hər gecə
Saat 02:00-da serverin ehtiyat nüsxəsi ayrı provayderin bulud anbarına (Backblaze B2) göndərilir. Server sıradan çıxsa belə, nüsxə başqa yerdədir.
Hər həftə
Bazar günü hər müştəri hesabının tam arxivi çıxarılır: fayllar, bazalar, poçt qutuları və ayarlar.
Bərpa
Lazım olanda bütün hesabı, bir bazanı və ya bir faylı geri qaytarırıq. Dəstəyə yazmaq kifayətdir.
Monitorinq və qoruma
24/7 monitorinq otağı
Bakı ofisimizdəki ekranlarda server yükü, şəbəkə trafiki, poçt növbəsi və təhlükəsizlik hadisələri real vaxtda izlənir.
DDoS və firewall
Data mərkəzi səviyyəsində DDoS qorunması, serverdə firewall və şübhəli sorğuları kəsən ModSecurity qaydaları.
Pulsuz SSL
Hər domenə Let's Encrypt SSL avtomatik verilir və vaxtında yenilənir.
Poçt reputasiyası
SPF, DKIM və DMARC qeydləri, göndərmə limitləri və IP reputasiyasının izlənməsi: məktublarınız spama düşməsin.
Hostinq.az haqqında faktlar
Tez-tez verilən suallar
Paylaşılan hostinq Bakıda (Delta Telekom data mərkəzi) və Almaniyada (Falkenstein) işləyir. VPS serverlər Azərbaycan, Almaniya, ABŞ (3 lokasiya), Böyük Britaniya, Sinqapur, Yaponiya, Hindistan və Avstraliyadadır. Dedicated serverlər Almaniyadadır.
Ziyarətçiləriniz əsasən Azərbaycandadırsa və ya məlumatın ölkədə saxlanması tələb olunursa, Bakı lokasiyasını seçin: ölkə daxilində gecikmə 5 ms-dən azdır. Daha böyük disk və aşağı qiymət lazımdırsa, Almaniya paketləri uyğundur; Bakıdan gecikmə təxminən 60-80 ms-dir.
Hər gecə saat 02:00-da serverin ehtiyat nüsxəsi ayrı provayderin buluduna (Backblaze B2) göndərilir, hər bazar günü isə hər hesabın tam arxivi çıxarılır. Bərpa üçün dəstəyə yazın.
Hostinq xidmətləri üçün 99.9% uptime zəmanəti (SLA) veririk. Serverlər 24/7 izlənir.
Xeyr. CloudLinux LVE hər hesaba ayrıca CPU, RAM və proses limiti verir, ona görə bir saytdakı yük digər saytlara təsir etmir.
Bəli. Saytınızı və poçtunuzu başqa hostinqdən pulsuz və fasiləsiz köçürürük.
Saytınız üçün doğru lokasiyanı birlikdə seçək
Hansı server, hansı paket: WhatsApp-da yazın, dəqiqələr içində cavab verək.