.az domen almaq: qeydiyyat 49 ₼
Azərbaycanda ən tanınan ünvan: sirketiniz.az. Adı yoxlayın, kartla ödəyin, sənədləri sonra kabinetdən yükləyin. Qeydiyyatı biz edirik.
- Kart, Apple Pay və Google Pay ilə onlayn ödəniş
- Sənədləri telefondan şəkil çəkib göndərirsiniz
- Domen, hostinq və e-poçt bir paneldə, Azərbaycanca dəstək
.az domen qiyməti və uzantılar
Qeydiyyat 1 il üçündür. Yenilənmə qiyməti də əvvəlcədən bəllidir, gizli xərc yoxdur.
| Uzantı | Kimə uyğundur | Qiymət |
|---|---|---|
| .az | Şirkət, brend, mağaza: ən qısa və tanınan ünvan | 49 ₼ sonra 35 ₼/il |
| .com.az | Kommersiya fəaliyyəti, .az adı tutulubsa yaxşı alternativ | 35 ₼ /il |
| .org.az | Təşkilat, ictimai birlik, fond | 35 ₼ /il |
| .net.az | İnternet və texnologiya layihələri | 35 ₼ /il |
| .biz.az | Biznes və xidmət saytları | 35 ₼ /il |
| .info.az | Məlumat saytları, bloqlar | 35 ₼ /il |
| .pro.az | Peşəkarlar: həkim, vəkil, mühəndis | 35 ₼ /il |
| .co.az | Şirkətlər üçün qısa alternativ | 35 ₼ /il |
| .name.az | Şəxsi sayt, portfolio | 35 ₼ /il |
.az domen necə alınır?
Hamısı onlayn: ofisə gəlmək, kağız doldurmaq lazım deyil.
Adı yoxlayın
Yuxarıdakı xanaya adı yazın. Boşdursa səbətə əlavə edin.
Onlayn ödəyin
Kart, Apple Pay və ya Google Pay ilə. Hesab yaratmaq 1 dəqiqə çəkir.
Sənədləri yükləyin
.az qaydasına görə domen sahibinin ad-soyadı, ünvanı və şəxsiyyət vəsiqəsinin iki tərəfinin şəkli lazımdır. Ödənişdən sonra şəxsi kabinetdə sadə forma açılır.
Domen aktiv olur
Sənədlər təsdiqlənəndən sonra domeni qeydiyyatdan keçiririk və sizə xəbər veririk. Sonra sayt və e-poçt qoşa bilərsiniz.
Azərbaycan müştərisi üçün ən doğru ünvan
Biznesiniz burdadırsa, ünvanınız da yerli olsun.
Yerli etibar
Azərbaycandakı müştəri .az ünvanını yerli şirkət kimi tanıyır və daha rahat güvənir.
Yerli axtarış
.az ölkə domenidir: Google onu Azərbaycan auditoriyası üçün sayt kimi qəbul edir.
Qısa və yadda qalan
.com-da qısa adların çoxu çoxdan tutulub, .az-da hələ yaxşı boş adlar tapmaq olur.
Ciddi e-poçt
[email protected] ünvanı vizit kartında və fakturada pulsuz poçt ünvanlarından daha ciddi görünür.
Domeni hostinqlə birlikdə alın
Domen ünvandır, sayt və e-poçt üçün hostinq lazımdır. Hər ikisi bir paneldə olanda idarə etmək asandır.
Sayt qurucu daxil
Hostinq paketləri ilə Saytım.az sayt qurucusundan əlavə ödəniş etmədən istifadə edirsiniz.
Korporativ e-poçt
Paketlərdə [email protected] kimi e-poçt qutuları var.
Pulsuz SSL
Saytınız https ilə açılır, əlavə ödəniş yoxdur.
.az domen haqqında suallar
Cavab tapmadınız? WhatsApp-da yazın, Azərbaycanca cavab veririk.
.az domenin qeydiyyatı 1 il üçün 49 ₼, sonrakı illər yenilənmə 35 ₼. com.az, org.az, net.az və digər alt uzantılar 35 ₼.
Domen sahibinin ad-soyadı, yaşayış ünvanı və şəxsiyyət vəsiqəsinin ön və arxa tərəfinin şəkli. Bu, .az qeydiyyatının tələbidir. Sənədləri ödənişdən sonra şəxsi kabinetdən yükləyirsiniz, telefonla çəkilmiş şəkil kifayətdir.
Xeyr. .az domen adı ən azı 3 simvol olmalıdır, 1-2 hərfli .az adları qeydiyyata alınmır.
Sənədlər yoxlanıb təsdiqlənəndən sonra qeydiyyatı tamamlayırıq. Sənədləri nə qədər tez yükləsəniz, domen o qədər tez aktiv olur.
Səhifənin yuxarısındakı xanaya adı yazıb "Yoxla" basın, nəticə bir neçə saniyəyə çıxır.
Domen kimin sənədləri ilə qeyd olunursa, sahibi odur. Şirkət saytı üçün bunu əvvəlcədən düşünün: şirkət domeni kimin adına qeyd olunmalıdır.
Domenin özü e-poçt vermir. [email protected] üçün hostinq paketi və ya korporativ e-poçt lazımdır.
Bəli. Sifarişdə "Hostinq lazım deyil, yalnız domen" seçin. Hostinqi sonra da əlavə etmək olar.
Müddət bitməzdən əvvəl sizə xatırlatma göndəririk. Vaxtında yeniləsəniz sayt və e-poçt dayanmır. Ətraflı: domenin müddəti bitdi, nə etməli.
Bəli. Bizə yazın, köçürməni sizinlə birlikdə edirik.
Adınız hələ boşdur?
Yaxşı .az adları tez tutulur. Yoxlamaq pulsuzdur və bir neçə saniyə çəkir.