Saytın sürətini ölç - GTMetrix, PageSpeed Insights, WebPageTest

?

Sayt yavaş açılır? Əvvəl ölç, sonra düzəlt

Optimization-a başlamadan əvvəl mövcud sürəti dəqiq ölçmək lazımdır. Bu bələdçidə 3 ən yaxşı sürət ölçmə alətini, hansı metriklərin vacib olduğunu və skor yüksəltmək üçün nə etməli olduğunu görəcəksiniz.

1

Niyə sürət vacibdir?

  • SEO sıralaması - Google 2018-dən sürəti rasmi reytinq faktorudur (Core Web Vitals)
  • Konversiya - Amazon hesablamışdı: 100 ms gecikmə → 1% satış itkisi
  • İstifadəçi cəlbi - 3 saniyədən gec açılan saytı 53% mobil istifadəçi tərk edir
  • Server resursu - sürətli sayt = daha az server yükü = daha çox traffic həzm edir
2

Google PageSpeed Insights

pagespeed.web.dev - Google-un öz aləti, ən vacibdir çünki SEO reytinqində bu istifadə olunur.

İstifadə

  1. URL yazın → "Analyze"
  2. 30-60 saniyə yoxlayır
  3. Mobile + Desktop ayrı-ayrı skor verir

Skor sistemi

  • 90-100 - Yaxşı (yaşıl)
  • 50-89 - İyiləşdirməli (narıncı)
  • 0-49 - Pis (qırmızı)

Hədəf: mobile 90+, desktop 95+.

?

Mobile vs Desktop: Mobile skor həmişə aşağıdır - Google mobile-first index istifadə edir. Mobile-i prioritet edin.

3

GTMetrix

gtmetrix.com - daha detallı vizual hesabat. Waterfall chart, video playback. Pulsuz versiyada Canada server (Vancouver), pullu versiyada world-wide locations.

İstifadə

  1. Qeydiyyat ol (pulsuz)
  2. URL daxil et
  3. Connection test → 30-60 saniyə

Nəticə

  • Performance Score (0-100, F-A şkalası)
  • Structure Score - kod keyfiyyəti
  • Web Vitals - LCP, TBT, CLS
  • Page details - fully loaded time, total page size, requests count

AZ saytları üçün Vancouver server uzaqdır (300ms+ latency) - skor düşük görünə bilər. Pullu versiyada "London" və ya "Mumbai" server seçin - bizim auditoriyaya yaxındır.

4

WebPageTest

webpagetest.org - peşəkar səviyyə alət. Filmstrip (sayt necə açılır, frame-frame video), Connection types (3G, 4G, kabel) seçimi.

Müsbət xüsusiyyətləri

  • Real-world locations - Dubai, Istanbul kimi yaxın server seçə bilərsiniz
  • 3 dəfə test edib orta nəticə göstərir (daha dəqiq)
  • Connection emulasiya: "3G Slow", "4G", "Cable"

Yararlı dəyərlər

  • Speed Index - vizual yüklənmə indeksi (aşağı = yaxşı)
  • Document Complete - bütün resurslar yükləndi vaxtı
  • Fully Loaded - bütün async/lazy də bitdi
5

Vacib metriklər

Core Web Vitals (Google rəsmi)

  • LCP (Largest Contentful Paint) - Ən böyük məzmun yüklənmə. Hədəf: ≤ 2.5s
  • FID (First Input Delay) - İlk klik cavabı. Hədəf: ≤ 100ms
  • CLS (Cumulative Layout Shift) - Layout sürüşməsi. Hədəf: ≤ 0.1

Köməkçi metriklər

  • TTFB (Time to First Byte) - server cavab vaxtı. Hədəf: ≤ 500ms
  • FCP (First Contentful Paint) - ilk piksel ekrana. Hədəf: ≤ 1.8s
  • SI (Speed Index) - vizual tamlıq vaxtı. Hədəf: ≤ 3.4s
  • TBT (Total Blocking Time) - JS blok vaxtı. Hədəf: ≤ 200ms

Trafik xüsusiyyətləri

  • Page Size - toplam ölçü. Hədəf: ≤ 2 MB
  • Requests - neçə fayl yüklənir. Hədəf: ≤ 75
6

Necə yaxşılaşdırmaq

Hər bir metrik üçün konkret addımlar:

TTFB yüksəkdir (>1s)

  • LiteSpeed Cache plugin install (Hostinq.az-da daxildir)
  • Redis Object Cache aktivləşdirin
  • Hosting upgrade - daha güclü VPS
  • CDN - xarici auditoriya varsa

LCP zəifdir

  • Hero şəklini WebP edin (50-80% kiçik)
  • Hero şəklini preload edin: <link rel="preload" as="image" href="hero.webp">
  • Critical CSS inline edin
  • Şrifti display=swap qoyun

CLS yüksəkdir

  • Şəkillərə width + height atributları əlavə
  • Reklam slot-larına min-height təyin
  • Web font yüklənərkən FOIT yoxsa FOUT istifadə edin

TBT zəifdir

  • Lazımsız JS-ləri silin
  • JS-i defer/async qoyun
  • 3-cü tərəf skriptləri minimizə edin (Google Tag Manager, chat widget)

FAQ

Hansı alət ən doğrudur?

Google PageSpeed = SEO baxımından ən vacib. GTMetrix = ən detallı vizual. WebPageTest = peşəkar. Üçünü də vaxtaşırı yoxlayın.

Skor 80 yetərlidir?

90+ hədəfləyin. 80 normaldır amma rəqib 95-dirsə Google onu üstün tutar.

Niyə hər dəfə fərqli skor verir?

Internet sürəti, server yükü, CDN cache statusu, browser cache - hamısı dəyişir. 3-5 dəfə test edib orta götürün.

Mobile skor daimi 60-dir, niyə?

WordPress + ağır tema + 20 plugin = mobil-də həmişə yavaş olacaq. Tema yüngülləşdirin (Astra, GeneratePress), plugin sayını azaldın.

Hostinq.az hostingində sayt 5x tez açılır

LiteSpeed + NVMe SSD + Redis + AutoSSL + HTTP/3 - bütün paketlərdə pulsuz. Sayt-ınızı bu gün migration edin.

Hosting paketlərinə bax