Database - saytın yaddaşı
Hər WordPress, WooCommerce sayt arxasında MySQL database var - bütün post, müştəri, sifariş orada saxlanılır. phpMyAdmin database-i brauzerdə idarə etmə alətidir. Bu bələdçidə əsas istifadə öyrənəcəksiniz.
İcmal
- phpMyAdmin-ə daxil olmaq
- Database export (backup)
- Database import (restore)
- Table redaktə
- Search & Replace
- SQL qoymak
phpMyAdmin-ə daxil olmaq
- cPanel-ə daxil olun
- "Databases" bölməsində phpMyAdmin ikonunu tıklayın
- Yeni tab açılır - phpMyAdmin interfeysi
Sol tərəfdə bütün database-lərinizi görəcəksiniz. WordPress saytı varsa adətən username_wp123 kimi adlandırılır.
Database export (backup)
- Sol tərəfdən database-i seçin
- Üst menyu → Export
- Export method:
- Quick - bütün database, SQL format
- Custom - hansı table-ları seçmək, sıxma və s.
- Format: SQL (default)
- "Go" basın → .sql faylı endirilir
Tipik backup ölçüsü
- Yeni WP sayt: 1-5 MB
- 1 il blog: 10-50 MB
- WooCommerce: 50-500 MB
- Böyük sayt: 1+ GB
Böyük database-ləri SQL əvəzinə Gzip formatında export edin - 5-10x kiçik.
Database import (restore)
Köhnə backup-dan və ya başqa saytdan database köçürmək.
- Əvvəlcə boş database yaradın: cPanel → MySQL Databases → Create Database
- User əlavə edin və full privilege verin
- phpMyAdmin-də yeni database-i seçin
- Üst menyu → Import
- "Choose File" → backup .sql faylınız
- "Go" - 1-10 dəqiqəyə tamamlanır
Vacib: Mövcud database-ə import etmə - duplicate xəta verir. Boş database-ə import edin.
Böyük dosya import (50 MB+)
Default phpMyAdmin upload limiti 50 MB. Daha böyük üçün:
- cPanel SSH istifadə edin:
mysql -u user -p database < backup.sql - Və ya cPanel "Backup Wizard" istifadə edin
Table redaktə
Tipik WP table-lar
wp_users- admin və istifadəçilərwp_posts- postlar, səhifələrwp_options- sayt ayarlarıwp_comments- commentswp_postmeta- post metadata (custom fields)wp_usermeta- user metadata
Sətir redaktə
- Table-i klikləyin → "Browse" tabı
- Sətirin yanında "Edit" düyməsi
- Dəyərləri dəyişin → "Go"
Yeni sətir əlavə
"Insert" tabı - yeni sətir doldurun.
Search & Replace
Sayt köçürdükdə (məs. test.az → live.az) bütün URL-ləri əvəz etmək lazım olur.
SQL ilə
SQL qoymak tabında bu kod yazın:
UPDATE wp_options SET option_value = REPLACE(option_value, 'test.az', 'live.az');UPDATE wp_posts SET post_content = REPLACE(post_content, 'test.az', 'live.az');UPDATE wp_postmeta SET meta_value = REPLACE(meta_value, 'test.az', 'live.az');
Serialize problem: WordPress bəzi məlumatları serialize edib saxlayır. Sadə REPLACE qırır. Better Search Replace plugin istifadə edin - serialize-aware-dir.
Vacib SQL əmrləri
SQL tabında:
Bütün post-ları görmək
SELECT * FROM wp_posts WHERE post_status='publish' LIMIT 20;
Yeni admin user yaratmaq (parol unutdugda)
INSERT INTO wp_users (user_login, user_pass, user_email, user_status) VALUES ('admin2', MD5('YeniParol123!'), 'admin@şirkət.az', 0);INSERT INTO wp_usermeta (user_id, meta_key, meta_value) VALUES (LAST_INSERT_ID(), 'wp_capabilities', 'a:1:{s:13:\"administrator\";b:1;}');
Spam comment-ləri silmək
DELETE FROM wp_comments WHERE comment_approved='spam';
Posts table optimization (yer qənaət)
OPTIMIZE TABLE wp_posts, wp_postmeta;
FAQ
Database silmək sayt-ı sındırar?
Bəli - bütün məzmun gedir. WordPress yeni install kimi davranar. Database silmədən əvvəl mütləq backup alın.
phpMyAdmin login-i unutdum
cPanel-də avtomatik login olur - şifrə tələb etmir. Direkt phpmyadmin.şirkət.az açırsanız cPanel user/parol istəyir.
Backup gündəlik avtomatik almaq?
cPanel-də Cron Jobs əlavə edin: gündə bir dəfə mysqldump komandası ilə backup yaradıb saxlayın.
Database necə təmizlənir?
WP-Optimize plugin avtomatik təmizləyir: revisions, draft, spam comment, expired transients. 100-300 MB qənaət edə bilərsiniz.
MySQL hosting Hostinq.az-da
Bütün hosting paketlərində MariaDB 10.6+ daxildir. Limitsiz database (Premium paketdə).
Hosting paketləri