info@şirkət.az - 5 dəqiqəyə peşəkar email
Bu bələdçidə cPanel-də öz domeniniz ilə əlaqəli email akkount yaratmağı, qutu ölçüsü təyin etməyi, autoresponder qurmağı və forwarder konfiqurasyonunu öyrənəcəksiniz.
İcmal
Email akkount yaratmaq
- cPanel-ə daxil olun
- "Email" bölməsində Email Accounts ikonunu tapın
- "+ Create" düyməsi
- Aşağıdakı sahələri doldurun:
- Domain: hostinq.az hostinginizdə olan domen seçin
- Username:
info,support,satishkimi - Password: Generator ilə güclü yaradın (16+ simvol)
- Storage Space: 1 GB (kiçik biznes) - 10 GB (aktiv istifadə)
"+ Create" basın - akkount yaradılır. Email info@şirkət.az formatdadır.
Tipik adlar: info@, support@, satish@ (sales), kadrlar@ (hr), maliyye@ (accounting), reklam@ (marketing). Bunlar müştərilərə peşəkar görünür.
Webmail istifadə
Brauzer ilə birbaşa email-ə baxmaq üçün webmail:
İki yol
- cPanel-də: "Check Email" linki email akkount yanında
- Birbaşa URL:
https://webmail.şirkət.azvə yahttps://şirkət.az:2096
Webmail klientləri
cPanel 2 webmail interfeysi təklif edir:
- Roundcube (modern, tövsiyə olunur)
- Horde (köhnə, daha çox funksiya - calendar, contacts)
Default Roundcube açılır. Daha rahat çünki Gmail-ə bənzər interfeys var.
Email forwarder (yönləndirmə)
Bir email-ə gələn mailləri başqa email-ə avtomatik yönləndirir.
Nümunə
info@şirkət.az-a gələn hər mail Hamza-nın Gmail-inə də getsin: hamza@gmail.com
Qurma
- cPanel → Email → Forwarders
- "+ Add Forwarder"
- Address to Forward:
info - Domain: şirkət.az
- Forward to:
hamza@gmail.com - Add Forwarder
Vacib qeyd
SPF/DKIM düzgün qurulmasa forwarded mail Gmail-də spam-a düşə bilər.
Autoresponder (avto-cavab)
Məzuniyyətdə, ya iş saatları xaricində avtomatik cavab göndərir.
- cPanel → Email → Autoresponders
- "+ Add Autoresponder"
- Email: info@şirkət.az
- From: Şirkət dəstək komandası
- Subject: Mesajınız qəbul olundu - 24 saata cavab verəcəyik
- Body: "Hörmətli müştəri, mailinizi aldıq. İş günlərində 24 saata cavab veririk. Təcili sual üçün +994 50 ..."
- Start/Stop tarixləri (məs. məzuniyyət)
Filter (spam blok)
Müəyyən sözlər və ya göndərənlərdən gələn maili avtomatik silmək.
- cPanel → Email → Email Filters
- Akkount seçin → Manage Filters
- Create new filter
Tipik filter nümunələri
- Casino spam: subject contains "casino" → Discard
- Müəyyən domeni blok: from header contains "@spammer.com" → Discard
- Vacib müştərini etiketlə: from contains "@vip.az" → Deliver to folder "VIP"
Outlook/Gmail/Mobil-də qurma
cPanel-də Email Accounts → Connect Devices bölümündə bütün parametrlər var.
IMAP (tövsiyə olunur)
- Server:
mail.şirkət.az - Port: 993
- Encryption: SSL/TLS
- Username: tam email (
info@şirkət.az) - Password: cPanel-də yaratdığınız
SMTP (göndərmə üçün)
- Server:
mail.şirkət.az - Port: 465
- Encryption: SSL/TLS
- Authentication: Required (eyni IMAP credentials)
Outlook konfiqurasyon
- Outlook → File → Add Account
- Email yazın → "Advanced options" → "Let me set up my account manually"
- IMAP seçin
- Yuxarıdakı parametrləri daxil edin
Gmail-də
Gmail Android/iPhone app → Add account → "Other (IMAP)" → eyni parametrlər.
iPhone
- Settings → Mail → Accounts → Add Account → Other
- Email + parol → Next
- IMAP seç, server parametrləri daxil
FAQ
Maksimum neçə email akkount?
Hostinq paketdən asılı: Basic 10, Pro 30, Premium 70, Korporativ limitsiz.
Mail göndərilmir - niyə?
SMTP autentifikasiya açılmayıb, ya server adı səhvdir. cPanel-də Email Accounts → Connect Devices → tam parametrləri görəcəksiniz.
POP3 vs IMAP?
POP3 mailları local PC-yə endirib serverdə silir. IMAP serverdə saxlayır, hər cihazdan eyni mailları görürsən. IMAP istifadə edin.
Korporativ email Gmail/Outlook-da görmək?
Bəli - IMAP ilə qurun. Daha rahat üçün Google Workspace (5 USD/ay) - domeniniz ilə Gmail interfeysi.
Hostinq.az korporativ email həlləri
cPanel email akkountları bütün hosting paketlərində daxildir. Daha peşəkar həll üçün ePoct X1/X2 korporativ email paketləri.
Korporativ Mail