Hostinq bazarında ən çox işlənən taktika budur: ilk il üçün çox aşağı qiymət elan olunur, ikinci ildən isə qiymət bir neçə dəfə artır. Reklamda görünən rəqəm real qiymət deyil, sadəcə giriş biletidir. Bu yazıda ucuz təklifin real dəyərini hesablamağın yolunu göstəririk.
Birinci gizli xərc: yenilənmə qiyməti
Ən çox rast gəlinən hal budur. Birinci il ayda bir neçə manat, ikinci ildən isə eyni paket üç, dörd, bəzən beş dəfə baha. Üstəlik aşağı qiymət çox vaxt yalnız üç il əvvəlcədən ödəyəndə keçərlidir, yəni pulu bir dəfəyə verirsiniz və geri qaytarma da yoxdur. Qiymət müqayisəsini birinci il üzrə deyil, üç illik ümumi məbləğ üzrə aparın, mənzərə tamam dəyişir.
İkinci: limitsiz deyilən şeyin real limiti
Limitsiz disk və limitsiz trafik reklamı praktikada həmişə şərtlərlə məhdudlaşır. Real limit disk sahəsində deyil, fayl sayında, prosessor vaxtında, eyni anda işləyən proses sayında və verilənlər bazası sorğularında qoyulur. Sayt böyüyəndə məhz bu limitlərə dəyirsiniz və hesab dayandırılır. Yaxşı provayder limitləri açıq yazır, çünki gizlətməyə ehtiyacı yoxdur.
Üçüncü: ayrıca satılan hər şey
Ucuz paketin qiymətinə çox vaxt aşağıdakılar daxil olmur və hər biri ayrıca ödənişlidir:
- Gündəlik yedəkləmə və yedəkdən bərpa
- SSL sertifikatı, halbuki pulsuz variantı mövcuddur
- Sayt köçürülməsi
- Spam filtri və antivirus
- Domenin gizlilik qoruması
- Texniki dəstəyin sürətli xətti
Bunların hamısını əlavə etdikdə ucuz paket orta qiymətli paketdən baha çıxır.
Dördüncü: server nə qədər sıxdır
Qiymətin aşağı olmasının bir yolu var: bir serverə mümkün qədər çox hesab yerləşdirmək. Kağız üzərində paket eyni görünür, amma bir serverdə iki yüz hesab olanda sayt sürətli, min hesab olanda yavaş işləyir. Bunu təklifə baxıb bilmək mümkün deyil, yalnız sınaq müddətində real ölçmə ilə görünür.
Beşinci: dəstəyin real qiyməti
Ən çox itirilən şey puldur deyil, vaxtdır. Cavab müddəti bir gün olan dəstəklə işləyəndə hər problem bir iş gününüzü yeyir. Saytınız gəlir gətirirsə, bir günlük dayanma ayllıq hostinq qiymətindən qat-qat bahadır. Dəstəyi seçim mərhələsində yoxlayın: satın almadan əvvəl texniki sual verin və nə qədər müddətə, hansı keyfiyyətdə cavab gəldiyinə baxın.
Altıncı: köçmənin qiyməti
Ucuz hostinqdən narazı qalıb köçmək istəyəndə xərc yenidən yaranır. Bəzi provayderlər hesabın tam yedəyini vermir, bəziləri buna görə ödəniş tələb edir. Nəticədə sayt əl ilə köçürülür, bu isə ya sizin vaxtınızdır, ya da mütəxəssisə ödəniş. Seçim edərkən yalnız girişin deyil, çıxışın da nə qədər asan olduğuna baxın.
Real qiyməti necə hesablamalı
Sadə düstur: üç illik hostinq ödənişi, üstəgəl domenin üç illik yenilənməsi, üstəgəl ayrıca satılan xidmətlər, üstəgəl ildə gözlənilən dayanma saatlarının biznesinizə dəyəri. Bu dörd rəqəmi topladıqdan sonra təkliflər tamam başqa cür sıralanır.
Bizim mövqeyimiz
Hostinq.az-da qiymətlər yenilənmədə dəyişmir, yəni ikinci il birinci illə eynidir. SSL, gündəlik yedəkləmə və sayt köçürülməsi paketin içindədir, ayrıca satılmır. Limitlər isə paket səhifəsində açıq yazılır. Bu yanaşma ilk baxışda ən ucuz görünmür, amma üç illik hesabda demək olar ki həmişə ucuz çıxır və ən əsası, gözlənilməz xərc olmur.