.az domen qeydiyyatı: tələblər və proses
.az Azərbaycanın milli domenidir. .com-dan fərqli olaraq .az qeydiyyatı domen sahibinin sənədlərini tələb edir. Bu yazıda nə lazım olduğunu və prosesin necə getdiyini izah edirik.
Hansı sənədlər lazımdır?
- Domen sahibinin ad-soyadı
- Yaşayış ünvanı
- Telefon nömrəsi
- Şəxsiyyət vəsiqəsinin ön tərəfinin şəkli (şəkilli tərəf)
- Şəxsiyyət vəsiqəsinin arxa tərəfinin şəkli
Telefonla çəkilmiş şəkil kifayətdir: JPG, PNG, HEIC və ya PDF, 10 MB-a qədər.
Domen kimin adına qeyd olunur?
Sənədləri kim təqdim edirsə, domenin sahibi odur. Şirkət saytı üçün bunu əvvəlcədən düşünün: şirkət domeni kimin adına qeyd olunmalıdır.
Qeydiyyat prosesi
Addım 1: Adı yoxlayın
.az domen səhifəsində adı yazın. Ad ən azı 3 simvol olmalıdır, latın hərfləri, rəqəm və defis.
Addım 2: Ödəyin
Ad boşdursa səbətə əlavə edin və kart, Apple Pay və ya Google Pay ilə ödəyin.
Addım 3: Sənədləri yükləyin
Ödənişdən sonra e-poçtunuza məktub gəlir. Şəxsi kabinetdə domenin "Doğrulama" bölməsində 5 sahəlik formanı doldurun.
Addım 4: Aktivləşmə
Sənədlər yoxlanıb təsdiqlənəndən sonra domeni qeydiyyatdan keçiririk və sizə xəbər veririk.
.az qiymətləri
- .az: qeydiyyat 49 ₼/il, yenilənmə 35 ₼/il
- .com.az, .org.az, .net.az və digər alt uzantılar: 35 ₼/il
Növbəti domenlərdə
Bir dəfə sənəd göndərdinizsə, növbəti .az domenlərinizdə sənədləri yenidən istəmirik.