.az domen qaydaları
.az Azərbaycanın milli domenidir. Qeydiyyatdan əvvəl bu qaydaları bilmək vaxtınıza qənaət edir.
Ad qaydaları
- .az domen adı ən azı 3 simvol olmalıdır. 1-2 hərfli .az adları qeydiyyata alınmır.
- Adda latın hərfləri (a-z), rəqəm və defis ola bilər. Azərbaycan hərfləri (ə, ş, ç, ğ, ı, ö, ü) işlədilmir.
- Ad defislə başlaya və bitə bilməz.
Uzantılar
- .az: şirkət, brend və mağaza üçün ən qısa ünvan
- .com.az: kommersiya fəaliyyəti
- .org.az: təşkilat, ictimai birlik, fond
- .net.az: internet və texnologiya layihələri
- .biz.az, .info.az, .pro.az, .co.az, .name.az: biznes, məlumat saytı, peşəkar, şirkət və şəxsi saytlar üçün
Sənədlər
Domen sahibinin ad-soyadı, yaşayış ünvanı, telefon nömrəsi və şəxsiyyət vəsiqəsinin ön və arxa tərəfinin şəkli lazımdır. Sənədləri ödənişdən sonra şəxsi kabinetdən yükləyirsiniz, domen sənədlər təsdiqlənəndən sonra aktiv olur.
Qadağalar
Başqasının ticarət nişanı və ya qanunsuz fəaliyyət üçün qeydiyyatdan keçirilmiş domen mübahisə zamanı ləğv oluna bilər.
Müddət və yenilənmə
.az domen illik yenilənir. Müddət bitməzdən əvvəl xatırlatma və faktura göndəririk.
Qiymət
.az qeydiyyatı 49 ₼/il, yenilənmə 35 ₼/il. Alt uzantılar 35 ₼/il. Aktual qiymətlər: .az domen qeydiyyatı.