İnfrastrukturunuzu peşəkar müdafiə altına alın
Server, şəbəkə və veb tətbiqlərinizin auditi, davamlı monitorinqi və hücumlara qarşı qorunması. 2008-ci ildən Azərbaycanda öz infrastrukturumuzu idarə edirik, bu təcrübəni sizin sistemlərinizə tətbiq edirik.
- Azərbaycan və Almaniya lokasiyaları
- 24/7 texniki komanda, yerli saatda
- Yazılı hesabat və prioritetli tövsiyələr
- İlk konsultasiya pulsuzdur
Təhlükəsizlik bizim üçün nəzəri deyil, gündəlik işdir
Yüzlərlə saytı və e-poçt sistemini idarə edən komanda hücumları kitabdan yox, praktikadan tanıyır.
Real hadisə təcrübəsi
Zərərli kod təmizləmə, sındırılmış saytların bərpası, brute force və spam hücumlarının dayandırılması bizim gündəlik praktikamızdır.
Öz infrastrukturumuz
Serverləri kirayə götürüb yenidən satmırıq. Şəbəkəni, firewall-u və monitorinqi özümüz qururuq, ona görə problemi kökündən görürük.
Anlaşılan hesabat
Hesabatı texniki jarqonla doldurmuruq. Nə tapıldı, riski nədir, nə etmək lazımdır: sadə dildə və prioritet sırası ilə.
Yerli komanda
Azərbaycan dilində, yerli saatda, birbaşa əlaqə. Hadisə zamanı cavab üçün başqa ölkənin iş gününü gözləmirsiniz.
Hadisəyə sürətli reaksiya
Sındırılma və ya hücum halında ilk addımlar dəqiqələr içində atılır: izolyasiya, təmizləmə, bərpa.
Standartlara uyğunluq
ISO 27001, PCI DSS və oxşar tələblərə hazırlıq: uyğunsuzluqların siyahısı və addım-addım plan.
Sistemin real vəziyyətini görün
Zəiflikləri hücumdan əvvəl tapmaq üçün texniki audit, monitorinq və analitika xidmətləri.
Şəbəkə və serverlərin davamlı monitorinqi
Sistem yükü, əlçatanlıq, şübhəli trafik və dayanıqlıq göstəriciləri fasiləsiz izlənilir. Anomaliya aşkarlananda dərhal xəbərdarlıq gedir.
Məlumat sızmasına qarşı qorunmaDLP
Həssas məlumatın sistemdən kənara çıxma yollarını müəyyən edirik, icazəsiz köçürmə və paylaşma hallarının qarşısını alan nəzarət qururuq.
Biznesin davamlılığı və fəlakətdən bərpaBC/DR
Ciddi nasazlıq və ya hücum halında sistemin nə qədər müddətə bərpa olunacağını planlaşdırırıq: yedək strategiyası, bərpa ardıcıllığı və sınaq.
Şəbəkə, server və veb müdafiəsiAntiDDoS
DDoS, SQL injection, XSS və oxşar hücumlara qarşı çoxqatlı qorunma. Trafik süzgəci, tətbiq səviyyəsində filtr və sərtləşdirilmiş konfiqurasiya.
Müdaxilə aşkarlama mərkəziIPS/SOC
Trafik və sistem jurnalları real vaxtda təhlil olunur, şübhəli davranış aşkarlandıqda hadisə qeydə alınır və müdaxilə bloklanır.
İdarə olunan firewall və antivirusWAF
Firewall qaydalarının qurulması və müntəzəm yenilənməsi, server səviyyəsində zərərli kod skanı və avtomatik karantin.
Texniki personalın auditi
Komandanın təhlükəsizlik bilikləri, parol vərdişləri və hadisəyə reaksiyası yoxlanılır. Zəif nöqtələr üzrə hazırlıq planı təqdim olunur.
Hesab və e-poçt üzrə kiberanalitika
Şübhəli girişlərin mənbəyi, vaxtı və ardıcıllığı jurnallar üzrə bərpa olunur. Nəticə detallı protokol şəklində təqdim edilir.
Qərar verməkdə və standartlara uyğunlaşmaqda dəstək
Riskləri qiymətləndirin, komandanı hazırlayın, beynəlxalq tələblərə uyğunluğu planlayın.
Təhlükəsizlik qiymətləndirməsi
Server və şəbəkə konfiqurasiyası yoxlanılır, zəifliklər siyahılanır və hansı riskin əvvəl bağlanmalı olduğu prioritetlə göstərilir.
Kənar müdaxilədən qorunma
Bulud və ya fiziki serverin sərtləşdirilməsi: lazımsız xidmətlərin bağlanması, giriş nəzarəti, açar əsaslı autentifikasiya və jurnal nəzarəti.
Server hesabları üzrə konsaltinq
İstifadəçi hüquqlarının düzgün bölünməsi, parol siyasəti və çoxfaktorlu qorunma üzrə praktiki təlimatlar.
Beynəlxalq standartlara uyğunluq
ISO 27001, PCI DSS və oxşar tələblər üzrə mövcud vəziyyətin müqayisəsi, uyğunsuzluqların siyahısı və addım-addım hazırlıq planı.
Texniki personalın təlimi
Komanda üçün praktiki sessiyalar: fişinq tanıma, təhlükəsiz konfiqurasiya, hadisə zamanı ilk addımlar və eskalasiya qaydası.
Korporativ təhlükəsizlik layihələri
Layihənin planlaşdırılmasından icrasına və nəticənin ölçülməsinə qədər müşayiət. Mərhələlər, məsuliyyət və vaxt qrafiki aydın müəyyən olunur.
Risklərin dəyərləndirilməsi və hesabatlar
Hansı riskin ehtimalı və təsiri nə qədərdir, hansı tədbir hansı xərcə dəyər: rəhbərlik üçün anlaşılan hesabat formatında.
Davamlı təhlükəsizlik dəstəyi
Aylıq abunə formatında nəzarət, məsləhət və hadisəyə reaksiya. Sualınız olanda komanda ilə birbaşa əlaqədə olursunuz.
Dörd addımlı aydın proses
Hər mərhələdə nə etdiyimizi və növbəti addımın nə olduğunu bilirsiniz.
Tanışlıq
İnfrastrukturunuzu, gözləntilərinizi və narahat olduğunuz məqamları dinləyirik. Bu mərhələ pulsuzdur.
Audit
Sistem, şəbəkə və tətbiqlər yoxlanılır. Zəifliklər və konfiqurasiya qüsurları qeydə alınır.
Tətbiq
Razılaşdırılmış tədbirlər həyata keçirilir: qorunma qurulur, qaydalar sərtləşdirilir, boşluqlar bağlanır.
Nəzarət
Nəticə hesabatla təqdim olunur; davamlı monitorinq və dəstək seçilibsə, izləmə fasiləsiz davam edir.
Bilmək istədikləriniz
Audit, hesabat və məxfilik barədə ən çox soruşulanlar.
Xeyr. Serveriniz başqa provayderdə və ya öz ofisinizdə olsa da işləyə bilərik. Bu halda əvvəlcə giriş və əməkdaşlıq şərtlərini razılaşdırırıq, qiymət isə işin həcminə görə fərdi hesablanır.
Xeyr. Audit əsasən müşahidə və analiz mərhələsidir, iş prosesinə müdaxilə etmir. Sistemi dəyişən addımlar isə əvvəlcədən razılaşdırılır və çox vaxt az yüklü saatlarda icra olunur.
Yazılı hesabat: nə yoxlanıldı, hansı zəifliklər tapıldı, riski nə qədərdir və hansı ardıcıllıqla aradan qaldırılmalıdır. Hesabat texniki komanda və rəhbərlik üçün ayrı-ayrı anlaşılan formatda hazırlanır.
Bəli. Sındırılmış sayt və serverlərin təmizlənməsi, zərərli kodun aşkarlanması, müdaxilə yolunun müəyyən edilməsi və təkrarın qarşısının alınması üzrə işləyirik. Belə hallarda tez əlaqə saxlamaq vacibdir.
Bəli. İşə başlamazdan əvvəl məxfilik şərtlərini yazılı razılaşdırırıq. Əldə etdiyimiz məlumat yalnız razılaşdırılmış iş üçün istifadə olunur.
Sisteminizin hazırkı vəziyyətini birlikdə qiymətləndirək
Qısa söhbət kifayətdir: nəyi qorumaq istədiyinizi deyin, uyğun addımı və təxmini büdcəni birlikdə müəyyən edək.