VPS və Dedicated Server arasındakı fərqlər | Bilgi Bankası

VPS və Dedicated Server arasındakı fərqlər

İki həll, iki fərqli yanaşma

Sayt böyüdükcə paylaşılan hostinqdən köçmək vaxtı gəlir. İki əsas seçim qarşıya çıxır: VPS (virtual private server) və Dedicated server. Hansı sənə uyğundur?

VPS - bir fiziki serverdə bir neçə virtual mühit

VPS bir güclü serverin hipervizor (KVM, VMware) ilə bir neçə virtual maşına bölünməsidir. Hər müştəri öz CPU, RAM və disk hissəsini alır. Üstünlüklər:

  • Aylıq qiymət dedicated-dən 5-10 dəfə ucuz
  • Tam root icazəsi - istənilən OS, istənilən proqram
  • Resurs ehtiyacın artarsa anında upgrade
  • Snapshot/backup asanlıqla götürülür

Dedicated Server - bütün fiziki maşın sənindir

Heç kəs ilə bölüşmürsən. Bütün CPU core-ları, bütün RAM, bütün disk sənin. Üstünlüklər:

  • Maksimum performans (heç kəs CPU-nu çəkmir)
  • Tam izolyasiya - security üçün vacib
  • Custom hardware (NVMe RAID, GPU və s.)
  • 10 Gbps network limiti tipikdir

Hansını seçməli?

Sayt aylıq 100k-dan az ziyarətçi qəbul edirsə VPS yetərdir. Yüksək trafik (1M+/ay), DB-yə yüklənmiş tətbiq, video stream, oyun serverləri üçün dedicated server gərək. Hostinq.az hər iki həlli AZ-da Bakı datacenter-də təklif edir.

Axtardığınız məlumatı tapa bilmirsiniz?

Bilik bazasını nəzərdən keçirmisiniz, amma lazım olan cavabı tapmamısınızsa,

bizə dəstək sorğusu yazın.
Bu məqalə faydalı oldu?
Rəyiniz üçün təşəkkür edirik.
Təəssüf edirik. Məqaləni daha yaxşı hala gətirəcəyik.
Siz artıq səs vermisiniz.
(53 dəfə oxunub, 0 nəfər faydalı sayıb)