Subdomeninin yaradılması və idarə edilməsi | Bilgi Bankası

Subdomeninin yaradılması və idarə edilməsi

Subdomen nədir?

Subdomen - əsas domeninizin alt hissəsidir. Məsələn, "blog.şirkət.az" və ya "shop.şirkət.az". Əsas saytdan ayrı bir bölmə və ya alt sayt yaratmaq üçün istifadə olunur.

Subdomeninin istifadə sahələri

  • Blog: blog.şirkət.az
  • Onlayn mağaza: shop.şirkət.az
  • Forum: forum.şirkət.az
  • API: api.şirkət.az
  • Test mühit: dev.şirkət.az və ya test.şirkət.az

Necə yaradılır? (cPanel)

  1. cPanel-ə daxil olun (hesabım → cPanel girişi)
  2. "Domains" → "Subdomains" bölməsinə keçin
  3. Subdomeninin adını daxil edin (məs. "blog")
  4. Domeninizi seçin
  5. "Document Root" sahəsi avtomatik dolur (məs. /home/user/public_html/blog)
  6. "Create" düyməsinə basın

DNS-də göstərilməsi

Subdomen yaratdıqdan sonra ortalama 5-15 dəqiqə ərzində DNS yenilənir və saytda görünür.

Limitlər

Hostinq paketlərində subdomen sayı dəyişir: Ekonomik X1 - 5 ədəd, Gold X2 - limitsiz, Professional X3 və VIP - limitsiz.

Axtardığınız məlumatı tapa bilmirsiniz?

Bilik bazasını nəzərdən keçirmisiniz, amma lazım olan cavabı tapmamısınızsa,

bizə dəstək sorğusu yazın.
Bu məqalə faydalı oldu?
Rəyiniz üçün təşəkkür edirik.
Təəssüf edirik. Məqaləni daha yaxşı hala gətirəcəyik.
Siz artıq səs vermisiniz.
(55 dəfə oxunub, 0 nəfər faydalı sayıb)