SSH ilə serverə qoşulma | Bilgi Bankası

SSH ilə serverə qoşulma

SSH nədir?

SSH (Secure Shell) - uzaq serverə təhlükəsiz qoşulma protokoludur. Server idarəetməsi üçün ən vacib alətdir.

Mac/Linux-dan qoşulma

Terminal açın və yazın:

ssh root@SERVER_IP_ADDRESS

İlk dəfə qoşulanda "yes" yazın və parol daxil edin.

Windows-dan qoşulma (PuTTY)

  1. PuTTY endirib quraşdırın
  2. "Host Name" sahəsinə server IP-sini yazın
  3. "Port" 22 olaraq qalır
  4. "Open" düyməsinə basın
  5. İstifadəçi adı (root) və parol daxil edin

SSH açar (key) ilə parolsuz qoşulma (təhlükəsiz)

  1. Mac/Linux-da terminal açın:
    ssh-keygen -t ed25519 -C "your_email@example.com"
  2. Enter basın (default qovluq və parol-suz açar)
  3. Açarı serverə yapışdırın:
    ssh-copy-id root@SERVER_IP
  4. İndi parol istəmir:
    ssh root@SERVER_IP

Faydalı SSH əmrləri

  • top - server yükünü canlı izləmə
  • df -h - disk istifadəsi
  • free -h - RAM istifadəsi
  • systemctl status nginx - xidmət statusu
  • tail -f /var/log/nginx/error.log - log canlı izləmə

Təhlükəsizlik

  • Default 22 portunu dəyişin (22 → 2222 və ya başqa)
  • Root girişi söndürün, ayrıca user yaradın
  • SSH key-only authentication aktivləşdirin (parol söndürün)
  • Fail2ban quraşdırın (brute-force qarşı)

Axtardığınız məlumatı tapa bilmirsiniz?

Bilik bazasını nəzərdən keçirmisiniz, amma lazım olan cavabı tapmamısınızsa,

bizə dəstək sorğusu yazın.
Bu məqalə faydalı oldu?
Rəyiniz üçün təşəkkür edirik.
Təəssüf edirik. Məqaləni daha yaxşı hala gətirəcəyik.
Siz artıq səs vermisiniz.
(69 dəfə oxunub, 0 nəfər faydalı sayıb)