Server yükünü monitoring etmək (top, htop) | Bilgi Bankası

Server yükünü monitoring etmək (top, htop)

Server "yavaşdı" deyirsən - niyə?

Hər problemin kökü var: CPU, RAM, disk I/O və ya network. Doğru aləti istifadə etsən, dəqiqələrlə tapırsan.

top - klassik

top

Üst hissədə load average - 1, 5, 15 dəqiqəlik orta yük. CPU sayından böyükdürsə server yüklüdür.

load average: 0.45, 0.62, 0.50  # OK
load average: 4.23, 3.85, 3.20  # 1 core-lu serverdə - çox yüklü

htop - daha gözəl

sudo apt install htop -y
htop

Rəngli, klaviatura ilə kontrol edilir. F6 sırala, F9 prosesi öldür, F4 axtar.

RAM detallı

free -h
              total   used   free   shared   buff/cache   available
Mem:           3.8Gi  1.2Gi  450Mi   78Mi      2.1Gi        2.3Gi
Swap:          2.0Gi    0B    2.0Gi

available sütununa bax - real boş RAM odur.

Disk I/O

sudo apt install iotop -y
sudo iotop -o

Hansı proses ən çox disk-ə yazır göstərir.

Network - bandwidth

sudo apt install iftop -y
sudo iftop -i eth0

Hansı IP-dən nə qədər trafik gəlir/gedir.

vmstat - real-time

vmstat 2  # 2 saniyədə bir

Tarixi monitoring

sar (sysstat)

sudo apt install sysstat
sudo systemctl enable sysstat
sar -u 1 5  # son 5 dəqiqədəki CPU
sar -r 1 5  # RAM

Web dashboard

Netdata

bash <(curl -SsL https://my-netdata.io/kickstart.sh)

Browser-də http://server:19999 aç - qrafik, alarm, hər şey.

Hostinq.az müştəri paneli

VPS-lərdə real-time CPU/RAM/Disk grafikləri pulsuz mövcuddur. Bel ağrısız.

Axtardığınız məlumatı tapa bilmirsiniz?

Bilgi bankasını ətraflı şəkildə incələmisiniz, amma ehtiyacınız olan məlumatı tapa bilmirsinizsə,

Bir dəstək sorğusu yaradın.
Faydalı oldumu?
Bildiriminiz için Teşekkür Ederiz.
Bunun için üzgünüz :( Daha iyisi için çalışacağız.
Daha önce oylama yaptınız.
(28 defa görüntülendi. / 0 kişi faydalı buldu.)