Sayt sürətini artırmağın 7 yolu | Bilgi Bankası

Sayt sürətini artırmağın 7 yolu

Niyə sayt sürəti vacibdir?

Hər 1 saniyə gecikmə üçün konversiya 7% azalır. Google da sürətli saytları SEO-da yuxarı qaldırır.

1. LiteSpeed Cache aktivləşdirin

WordPress-də "LiteSpeed Cache" pluginini quraşdırın. Hostinq.az-ın bütün serverləri LiteSpeed istifadə edir - pulsuz aktivləşir.

2. Şəkilləri optimallaşdırın

  • WebP formatından istifadə edin (50% daha kiçik)
  • Şəkillərin ölçüsünü göstərmək üçün lazımi qədər kiçildin (2000px-dən böyük lazım deyil)
  • "Lazy loading" aktivləşdirin (yalnız viewport-da olan şəkillər yüklənsin)

3. CDN istifadə edin

Cloudflare (pulsuz) və ya BunnyCDN ilə saytınızı dünya boyu serverlərə yayın. Ziyarətçi hansı ölkədədirsə oradan yüklənir.

4. Pluginləri minimuma salın

Hər plugin sayta əlavə yük gətirir. İstifadə etmədiyinizi silin.

5. Hosting paketini yoxlayın

Çox ziyarətçiniz varsa, paylaşılan hostinqdən VPS-ə keçin. Hostinq.az Professional X3 və ya VIP X4 paketləri yüksək trafik üçün uyğundur.

6. Database təmizliyi

WordPress: WP-Optimize plugini ilə köhnə revisionları, transientləri silin. Aylıq bir dəfə.

7. PHP versiyasını yeniləyin

cPanel "Select PHP Version" → ən son versiya (8.2 və ya 8.3) seçin. Hər versiya 10-30% daha sürətlidir.

Test alətləri

Axtardığınız məlumatı tapa bilmirsiniz?

Bilik bazasını nəzərdən keçirmisiniz, amma lazım olan cavabı tapmamısınızsa,

bizə dəstək sorğusu yazın.
Bu məqalə faydalı oldu?
Rəyiniz üçün təşəkkür edirik.
Təəssüf edirik. Məqaləni daha yaxşı hala gətirəcəyik.
Siz artıq səs vermisiniz.
(56 dəfə oxunub, 0 nəfər faydalı sayıb)