Redis quraşdırılması və konfiqurasiyası

Redis - RAM-də işləyən verilənlər anbarı

Redis key-value pair saxlayır, hər əməliyyat mikrosaniyələrlə icra olunur. Cache, session storage, queue, real-time analytics üçün ideal.

Quraşdırma (Ubuntu/Debian)

sudo apt install redis-server -y
sudo systemctl enable redis-server
sudo systemctl status redis-server

Test

redis-cli ping
# Cavab: PONG

Əsas əmrlər

redis-cli

SET name "Aslan"
GET name
EXPIRE name 60       # 60 saniyə sonra silinsin
TTL name             # qalan vaxt
DEL name
KEYS *               # bütün açarlar (production-da TƏHLÜKƏLİDİR)

Konfiqurasiya

sudo nano /etc/redis/redis.conf

Vacib parametrlər:

# Yalnız localhost
bind 127.0.0.1

# Maksimum yaddaş
maxmemory 1gb

# Yaddaş dolanda strateji
maxmemory-policy allkeys-lru   # ən az istifadə olunanları sil

# Parol
requirepass Strong_pass_123

# Persistence - disk-ə save
save 900 1     # 15 dəq və 1 dəyişiklik varsa
save 300 10    # 5 dəq və 10 dəyişiklik varsa
sudo systemctl restart redis-server

WordPress üçün object cache

sudo apt install php-redis
# wp-config.php-də:
define('WP_CACHE_KEY_SALT', 'mysite_');
define('WP_CACHE', true);

Redis Object Cache plugin-i quraşdır.

Laravel üçün

# .env-də
CACHE_DRIVER=redis
SESSION_DRIVER=redis
QUEUE_CONNECTION=redis

Monitoring

redis-cli info memory
redis-cli info stats
redis-cli monitor   # real-time əmrlər

Memcached əvəzi?

Redis daha çox xüsusiyyətə malik (lists, sets, sorted sets, pub/sub). Memcached sadədir, yalnız key-value. 99% halda Redis seç.

Axtardığınız məlumatı tapa bilmirsiniz?

Bilik bazasını nəzərdən keçirmisiniz, amma lazım olan cavabı tapmamısınızsa,

bizə dəstək sorğusu yazın.
Bu məqalə faydalı oldu?
Rəyiniz üçün təşəkkür edirik.
Təəssüf edirik. Məqaləni daha yaxşı hala gətirəcəyik.
Siz artıq səs vermisiniz.
(1 dəfə oxunub, 0 nəfər faydalı sayıb)