Hostinq nədir və niyə vacibdir? | Bilgi Bankası

Hostinq nədir və niyə vacibdir?

Hostinq, bir veb saytın internetdə yayımlana bilməsi üçün onun fayllarının (HTML, şəkillər, videolar, məlumat bazası və s.) 24/7 fəaliyyət göstərən serverlərdə saxlanması xidmətidir. Sadə dillə desək, saytınızı yerləşdirmək üçün lazım olan torpaq parçasıdır.

Hostinq olmadan saytınıza heç kim daxil ola bilməz. Bu xidmət sayəsində ziyarətçilər sizin domen adınızı yazdıqda serverə bağlanır və saytın məzmununu görür.

Hostinqin işləmə prinsipi:

  1. Domen adı (məsələn: hostinq.az) istifadəçi tərəfindən daxil edilir;

  2. Bu domen adının DNS qeydləri vasitəsilə serverə yönləndirilir;

  3. Server, həmin domenə uyğun faylları ziyarətçiyə göstərir.

Nəyə görə vacibdir?

  • 24/7 əlçatanlıq: Saytınız günün istənilən saatında istifadəçilər üçün açıq olur.

  • Məlumatların təhlükəsizliyi: Fayllarınız və məlumat bazanız qorunur.

  • Peşəkar e-poçt dəstəyi: info@sizinadiniz.az kimi ünvanlarla prestijli görünüş.


 

Axtardığınız məlumatı tapa bilmirsiniz?

Bilik bazasını nəzərdən keçirmisiniz, amma lazım olan cavabı tapmamısınızsa,

bizə dəstək sorğusu yazın.
Bu məqalə faydalı oldu?
Rəyiniz üçün təşəkkür edirik.
Təəssüf edirik. Məqaləni daha yaxşı hala gətirəcəyik.
Siz artıq səs vermisiniz.
(182 dəfə oxunub, 0 nəfər faydalı sayıb)