DNS - internetin telefon kitabı
İnsanlar mybusiness.az yazır, kompüterlər 94.20.59.155-i tanıyır. DNS qeydləri bu uyğunluğu təmin edir.
A qeydi - IPv4 ünvana yönləndirmə
Ən vacib qeyd. Domeni IP ünvana bağlayır.
mysite.az A 94.20.59.155
www subdomeni üçün ayrı:
www.mysite.az A 94.20.59.155
AAAA qeydi - IPv6 ünvanına
İkinci versiya internet protokolu. Yavaş-yavaş yayılır:
mysite.az AAAA 2001:db8::1
CNAME - alias (ad alias)
Bir adı digər ada yönləndirir. Real-time deyil - DNS səviyyəsində.
blog.mysite.az CNAME mysite.az shop.mysite.az CNAME shopify-store.myshopify.com
CNAME qaydası: əsas domen (root) üçün CNAME OLMAZ. mysite.az → shop.com edə bilməzsən. Yalnız subdomen üçün.
MX qeydi - e-poçt serveri
"Bu domenin e-poçtunu hara göndər" deyir. Prioritet vacibdir (kiçik rəqəm = yüksək prioritet).
mysite.az MX 10 mail.mysite.az mysite.az MX 20 mail2.mysite.az
Google Workspace üçün:
mysite.az MX 1 smtp.google.com
TXT qeydi - sərbəst mətn
Verifikasiya, e-poçt təhlükəsizliyi (SPF, DKIM, DMARC), domen sahibliyinin sübutu.
mysite.az TXT "v=spf1 include:_spf.google.com ~all" google._domainkey.mysite.az TXT "v=DKIM1; k=rsa; p=MIIBIj..." _dmarc.mysite.az TXT "v=DMARC1; p=quarantine"
NS qeydi - nameserver
Hansı serverlər bu domenin DNS-ini idarə edir.
mysite.az NS ns1.cloudflare.com mysite.az NS ns2.cloudflare.com
SRV qeydi - xidmət
VoIP, XMPP kimi xidmətlər üçün.
_sip._tcp.mysite.az SRV 10 5 5060 sip.mysite.az
TTL - Time to Live
Hər qeydin "yaşam müddəti". 3600 (1 saat) standartdır. Kiçik TTL (300 = 5 dəqiqə) tez dəyişmə üçün, böyük TTL (86400 = 1 gün) sabit konfiq üçün.