CentOS, AlmaLinux, Ubuntu - hansı OS seçməli | Bilgi Bankası

CentOS, AlmaLinux, Ubuntu - hansı OS seçməli

Server OS seçimi - uzunmüddətli qərar

OS dəyişməsi serverin yenidən qurulması deməkdir. Düzgün seçim həmin işin qarşısını alır.

CentOS - artıq ölmüş

2014-cü ildən bəri standart hesab olunurdu. 2020-də Red Hat CentOS 8-i "Stream"-ə çevirdi (rolling release, qeyri-stabil), CentOS 7 dəstəyi 2024-də bitdi. CentOS-u seçmə.

AlmaLinux - CentOS-un məntiqi davamı

RHEL ilə 1:1 binary uyumluluq. cPanel/WHM, DirectAdmin tam dəstək verir. 10 illik dəstək. Hostinq panel istifadə edirsənsə ən yaxşı seçim.

Rocky Linux - eyni alternativ

AlmaLinux-un rəqibi. Eyni binary uyumluluq, eyni dəstək. Fərq: rəhbərlik strukturu (Rocky community-driven, Alma CloudLinux-un sponsorluğunda).

Ubuntu Server - modernlik

Aptitude paket meneceri (apt) ən sevilən. Daha yeni paket versiyaları default. LTS versiyaları 5 il dəstək. Docker, Kubernetes, Node.js üçün ekosistem böyükdür. Modern stack (Docker/microservices) üçün.

Debian - minimum, sabit

Ubuntu-nun "atası". Daha köhnə paketlər amma rock-solid sabitlik. Production-da 5+ il toxunmadan işləyir. Süper konservativ.

Müqayisə cədvəli

OScPanelModern stackSabitlik
AlmaLinuxƏlaOrtaYüksək
UbuntuYoxƏlaYaxşı
DebianYoxYaxşıÇox yüksək

Tövsiyəm

  • cPanel/Plesk istifadə edəcəksən: AlmaLinux 9
  • Docker/Node.js mikroservis: Ubuntu 22.04 LTS
  • Long-term server: Debian 12

Hostinq.az

VPS-lərdə hər üçü mövcuddur, bir kliklə dəyişdirə bilərsən.

Axtardığınız məlumatı tapa bilmirsiniz?

Bilgi bankasını ətraflı şəkildə incələmisiniz, amma ehtiyacınız olan məlumatı tapa bilmirsinizsə,

Bir dəstək sorğusu yaradın.
Faydalı oldumu?
Bildiriminiz için Teşekkür Ederiz.
Bunun için üzgünüz :( Daha iyisi için çalışacağız.
Daha önce oylama yaptınız.
(20 defa görüntülendi. / 0 kişi faydalı buldu.)