.az domeni necə qeydiyyatdan keçirilir?
.az Azərbaycanın milli domenidir. Hostinq.az-da onu onlayn alırsınız, ofisə gəlmək lazım deyil.
Addım-addım
- Adı yoxlayın: .az domen səhifəsində adı yazın (ən azı 3 simvol, latın hərfləri).
- Səbətə əlavə edin: ad boşdursa səbətə əlavə edin, istəsəniz hostinq də seçin.
- Ödəyin: kart, Apple Pay və ya Google Pay ilə.
- Sənədləri yükləyin: ödənişdən sonra şəxsi kabinetdə domenin "Doğrulama" bölməsində.
- Aktivləşmə: sənədlər təsdiqlənəndən sonra domeni qeydiyyatdan keçiririk və sizə xəbər veririk.
Lazımi sənədlər
- Domen sahibinin ad-soyadı
- Yaşayış ünvanı
- Telefon nömrəsi
- Şəxsiyyət vəsiqəsinin ön və arxa tərəfinin şəkli
Növbəti .az domenlərinizdə sənədləri yenidən istəmirik.
Qiymət
.az qeydiyyatı 49 ₼/il, sonrakı illər 35 ₼. com.az, org.az, net.az və digər alt uzantılar 35 ₼/il.
Ətraflı bələdçi: .az domeni necə alınır.