0 yeni bildiriş

Əməliyyat bildirişləri

Hələ heç bir bildirişiniz yoxdur.

Əhəmiyyətli bir yenilik olduqda, buradan sizə bildiriləcək.

0 Giriş et
0

0 yeni bildiriş

Əməliyyat bildirişləri

Hələ heç bir bildirişiniz yoxdur.

Əhəmiyyətli bir yenilik olduqda, buradan sizə bildiriləcək.

AnasayfaYazılarTəhlükəsizlikWordPress təhlükəsizliyi: saytınızı...

WordPress təhlükəsizliyi: saytınızı necə qorumaq olar?

WordPress təhlükəsizliyi: saytınızı necə qorumaq olar?
WordPress təhlükəsizliyi: saytınızı necə qorumaq olar?

WordPress təhlükəsizliyi: saytınızı necə qorumaq olar?

WordPress təhlükəsizliyi: saytınızı necə qorumaq olar?

WordPress dünyada ən çox istifadə edilən sayt idarəetmə sistemidir (CMS), lakin populyarlığı ilə yanaşı,...


hlükəsizlik hücumlarına da açıq olur. Bu məqalədə saytınızı qorumaq üçün ən vacib addımları və hostinq səviyyəsində görülə biləcək tədbirləri izah edirik.

1. SSL sertifikatını aktiv edin

SSL (https://) sayt ilə istifadəçi arasında ötürülən məlumatları şifrələyir. Bu həm təhlükəsizlik, həm də SEO baxımından vacibdir. Hostinq.az bütün paketlərdə pulsuz SSL təqdim edir. Aktiv etmək üçün cPanel → “SSL/TLS Status” bölməsində “Run AutoSSL” düyməsini klikləyin.

2. Güclü parollardan istifadə edin

Zəif parollar WordPress saytlarının ən çox sındırılan hissəsidir. Admin panel (wp-admin) və FTP üçün parolları ən az 12 simvollu edin — hərflər, rəqəmlər və işarələrin qarışığı ilə.

3. Ehtiyat nüsxələr (Backup) saxlayın

Saytınıza hücum və ya səhv yeniləmə zamanı məlumat itkisini önləmək üçün backup sistemindən istifadə edin. Hostinq.az serverlərində JetBackup gündəlik avtomatik ehtiyat nüsxələr yaradır.

4. WordPress, mövzular və pluginləri yeniləyin

Köhnə versiyalar hack riskini artırır. Admin paneldə → “Yeniləmələr” bölməsindən WordPress, mövzu və plaqinləri mütəmadi yeniləyin.

5. Təhlükəsizlik pluginlərindən istifadə edin

Plaqinlər təhlükəsizlik səviyyəsini artırır. Tövsiyə olunan pluginlər:

  • Wordfence Security
  • iThemes Security
  • All In One WP Security & Firewall

6. Giriş cəhdlərini məhdudlaşdırın

Admin panelinə çoxsaylı yanlış girişlər (brute-force hücumları) saytınızı riskə atır. “Limit Login Attempts Reloaded” plaqini ilə icazə verilən cəhd sayını azaldın.

7. wp-admin və wp-config.php fayllarını qoruyun

Bu fayllar saytın əsas təhlükəsizlik nöqtələridir. cPanel → “File Manager” ilə fayllara icazə dəyərlərini (permissions) 440 və ya 444 olaraq təyin edin. Əlavə olaraq, .htaccess faylına aşağıdakı sətirləri əlavə edin:

<Files wp-config.php>
order allow,deny
deny from all
</Files>

8. Şübhəli fəaliyyətləri izləyin

“Wordfence” plaqini saytınızı 24/7 izləyir və şübhəli IP-ləri avtomatik bloklayır. Əgər saytınız gözlənilmədən ləng açılırsa, virus skaneri ilə yoxlayın və lazım gələrsə mütəxəssisə müraciət edin.

Nəticə

Təhlükəsizlik təkcə pluginlərlə yox, həm də sabit hosting infrastrukturu ilə təmin olunur. Hostinq.az müasir firewall və antivirus sistemləri ilə saytınızı qoruyur, avtomatik backup və SSL inteqrasiyası ilə tam müdafiə təmin edir. Təhlükəsiz sayt – güvənli biznes.

Ana Səhifə
Blog
Əlaqə
Hesabım
0

Kampaniya və elanlarımızdan xəbərdar olmaq üçün qeydiyyatdan keçin.

Haqqımızda
Hostinq.az - Azərbaycanda etibarlı hosting provayderi
Əlaqə
Canlı dəstək WhatsApp ilə əlaqə info@hostinq.az +994777112244
Layihə Mərkəzi, 8 Noyabr pr, Bakı 1010, Bakı, Azərbaycan
BTK Lisansı
BTK Lisenziyası
Resmi Kayıt
Rəsmi qeydiyyat

Sosial Şəbəkələrdə

ENDİRİMLİ QİYMƏT

Ekonomik X1

19,00 ₼

15.00
/aylıq
Məhsulu Göstər
🚀
Fürsət Bitmədən:
00:00:00
EKOHONSTINQ
Top