0 yeni bildiriş

Əməliyyat bildirişləri

Hələ heç bir bildirişiniz yoxdur.

Əhəmiyyətli bir yenilik olduqda, buradan sizə bildiriləcək.

0 Giriş et
0

0 yeni bildiriş

Əməliyyat bildirişləri

Hələ heç bir bildirişiniz yoxdur.

Əhəmiyyətli bir yenilik olduqda, buradan sizə bildiriləcək.

AnasayfaHizmet ve Kullanım Sözleşmesi

Hizmet ve Kullanım Sözleşmesi

  Hizmet ve Kullanım Sözleşmesi

Son yenilənmə tarixi: 10 Oktyabr 2025

Bu sənəd Hostinq.az (bundan sonra “Şirkət” adlanacaq) tərəfindən təqdim olunan bütün xidmətlərdən (hostinq, domen qeydiyyatı, server icarəsi, SSL, e-poçt, veb inkişaf və s.) istifadə edən bütün fiziki və hüquqi şəxslər üçün qüvvədədir.
Xidmətlərdən istifadə etməklə, siz bu İstifadə ŞərtləriMəxfilik Siyasətini qəbul etmiş sayılırsınız.


1. Ümumi Qaydalar

1.1. Bu şərtlər Hostinq.az tərəfindən göstərilən bütün xidmətlər üçün keçərlidir.
1.2. İstifadəçi xidmətlərdən yalnız qanuni məqsədlər üçün istifadə etməyi öhdəsinə götürür.
1.3. Şirkət istənilən vaxt bu şərtləri yeniləmək və dəyişdirmək hüququna malikdir.
1.4. Dəyişikliklər saytda dərc olunduğu andan etibarən qüvvəyə minir.


2. Xidmətlərin Aktivləşdirilməsi

2.1. Ödəniş tamamlandıqdan sonra xidmət avtomatik və ya operator tərəfindən aktivləşdirilir.
2.2. Aktivləşmə müddəti xidmət növündən və ödəniş üsulundan asılı ola bilər.
2.3. Şirkət, ödəniş təsdiqlənmədiyi halda xidməti aktivləşdirməmək hüququna malikdir.


3. Məsuliyyət və Qadağalar

3.1. İstifadəçi qanunsuz, təhqiredici, pornoqrafik, siyasi və ya hər hansı 3-cü şəxsin hüquqlarını pozan məlumatları yerləşdirə bilməz.
3.2. Xidmətlərdən spam, fişinq, DDOS, malware və ya server təhlükəsizliyini poza biləcək fəaliyyətlər üçün istifadə qadağandır.
3.3. Bu hallarda Hostinq.az xəbərdarlıq etmədən xidməti dayandırmaq hüququna malikdir.


4. Texniki Dəstək və Zəmanət

4.1. Hostinq.az müştərilərinə 7/24 texniki dəstək göstərir.
4.2. Şirkət serverlərin fasiləsiz (99.9%) işləməsinə zəmanət verir.
4.3. Gözlənilməz texniki nasazlıqlar və ya təbii fəlakətlər zamanı yaranan zərərlərə görə şirkət məsuliyyət daşımır.


5. Ödənişlər və Yeniləmələr

5.1. Bütün xidmətlər öncədən ödənilir.
5.2. Domen və hostinq xidmətlərinin yenilənməsi istifadəçinin məsuliyyətidir.
5.3. Domenin müddəti bitdikdən sonra 30 gün ərzində yenilənməzsə, bərpa haqqı tətbiq oluna bilər.
5.4. Geri ödəniş yalnız sistem səhvi və ya xidmətin aktivləşdirilməməsi hallarında mümkündür.


6. Məlumatların Mühafizəsi

6.1. İstifadəçinin şəxsi məlumatları üçüncü tərəflərlə paylaşılmır.
6.2. Şirkət yalnız hüquq-mühafizə orqanlarının rəsmi müraciəti əsasında məlumat təqdim edə bilər.
6.3. Ehtiyat nüsxələr gündəlik olaraq avtomatik yaradılır, lakin məlumatların saxlanılmasına görə son məsuliyyət istifadəçiyə aiddir.


7. Müqavilənin Ləğvi

7.1. Şirkət, istifadəçi şərtləri pozduğu halda xidməti xəbərdarlıq etmədən dayandıra bilər.
7.2. İstifadəçi xidmətdən imtina etdikdə, əvvəlki ödənişlər geri qaytarılmır.
7.3. Xidmətin ləğvi barədə müraciət yalnız yazılı və ya panel üzərindən qəbul edilir.


8. Hüquqi Qüvvə

8.1. Bu şərtlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanır.
8.2. Mübahisələr yaranarsa, tərəflər əvvəlcə qarşılıqlı razılıqla həll etməyə çalışır, mümkün olmadıqda məsələ Azərbaycan məhkəmələrində həll olunur.


📧 Əlaqə üçün:
E-poçt: support@hostinq.az
Veb sayt: https://hostinq.az
Telefon: +994 (77) 711 22 44

Destek Talebi

Bir sorunla mı karşılaştınız? Hemen destek talebi oluşturabilirsiniz.

Talep Oluştur
Ana Səhifə
Blog
Əlaqə
Hesabım
0

Kampaniya və elanlarımızdan xəbərdar olmaq üçün qeydiyyatdan keçin.

Haqqımızda
Hostinq.az - Azərbaycanda etibarlı hosting provayderi
Əlaqə
Canlı dəstək WhatsApp ilə əlaqə info@hostinq.az +994777112244
Layihə Mərkəzi, 8 Noyabr pr, Bakı 1010, Bakı, Azərbaycan
BTK Lisansı
BTK Lisenziyası
Resmi Kayıt
Rəsmi qeydiyyat

Sosial Şəbəkələrdə

ENDİRİMLİ QİYMƏT

Ekonomik X1

19,00 ₼

15.00
/aylıq
Məhsulu Göstər
🚀
Fürsət Bitmədən:
00:00:00
EKOHONSTINQ
Top