Hostinq paketi seçərkən "1 GB RAM kifayətdir?" sualı tez-tez verilir. Cavab saytın növündən, plagin sayından və gündəlik trafikdən asılıdır.
WordPress üçün RAM hesablaması
Hər PHP işçi prosesi 60-100 MB RAM tələb edir. Eyni anda 10 ziyarətçi = 1 GB RAM. WooCommerce mağazada hər prosess 150 MB-a qədər çıxır.
MySQL üçün ayrıca
Database üçün ən azı 256 MB ayırın. Böyük məhsul kataloqu (10 000+) üçün 512 MB-1 GB.
Plagin və cache
Hər aktiv plagin 5-15 MB əlavə RAM. Wordfence kimi heavy plagin 50 MB+. Cache (LSCache, Redis) RAM istəyir, lakin nəticədə həmin RAM təkrar PHP icrasından qənaət edir.
Praktiki tövsiyələr
- Bloq: 1-2 GB kifayətdir
- Korporativ sayt: 2-4 GB
- WooCommerce 1000 məhsul: 4-8 GB
- Yüksək trafikli portal: 8-16 GB
Yekun
Düzgün RAM hesablaması saytın sabit işləməsini təmin edir. Hostinq.az paketləri 2 GB-dan 16 GB-a qədər seçim təklif edir.
Hostinq.az ilə peşəkar veb mühit. NVMe SSD, LiteSpeed serverləri, 24/7 dəstək və 99.9% uptime ilə saytın daimi əlçatandır. Paketləri gör →