WordPress hack olduqda - addım-addım recovery bələdçi

?

Sakitlik - sayt hack olunsa belə bərpa olunur

Hack baş verdi? Çaşıb panikaya düşməyin. Bu bələdçi 8 addımda saytı təmizləmək və yenidən qorumaq üçündür.

1

Saytı offline edin

Hacker hələ də istifadə edirsə yeni zərər vurmasın deyə dərhal saytı bağlayın.

Yollar

  • cPanel → File Manager → public_html-də .htaccess-ə əlavə: Deny from all
  • Maintenance mode plugin - eyni effekt amma error səhifəsi
  • İndex.php redaktə - "Sayt müvəqqəti dayanıb" mesajı
2

Bütün parolları dəyişdirin

Hacker hansı parolu ələ keçirdiyini bilmirsiniz - hamısını dəyişin:

  • WordPress admin parol
  • cPanel parol
  • FTP parolu
  • MySQL database parol (wp-config.php-də sonradan yeniləyin)
  • Email akkountları

WP admin parol sıfırlamaq (admin-ə girə bilmirsənsə)

phpMyAdmin → wp_users → admin satırına basın → user_pass sahəsində Function = MD5, Value = yeni-parol → Go.

3

Müzakirə: backup-dan bərpa, yoxsa təmizləmə?

Backup-dan bərpa (sürətli)

  • + Saniyəyə sayt təmiz
  • + Bütün zərərli kod gedər
  • − Son backupdan sonrakı bütün dəyişikliklər gedər
  • − Tələb edir: hack-dan əvvəlki backup

Manual təmizləmə

  • + Heç nə itmir
  • − Saatlar çəkir
  • − Bəzən zərərli kod tapılmır, qaynaq qalır

Tövsiyə: Əgər ən son 1-7 günlük backup varsa → backup-dan bərpa. Yoxsa → manual təmizləmə.

4

Backup-dan bərpa

  1. UpdraftPlus və ya cPanel backup-dan saytı bərpa edin
  2. Hack-dan ən az 2 həftə ƏVVƏLKİ backup seçin (əmin olmaq üçün)
  3. Bərpa bitincə bütün parolları yenidən dəyişin
  4. WordPress, plugin və temaları ən son versiyaya yeniləyin
  5. Wordfence yenidən skan edin
5

Manual təmizləmə

1. Wordfence scan

Wordfence install → Scan → "Start scan". 20-60 dəq. Tapılan zərərli fayllar üçün "Delete File" və ya "Restore Original".

2. Suspicious fayl axtarışı

cPanel File Manager → public_html → "Show Hidden Files" işarələyin. Bunlara baxın:

  • Heç tanımadığınız PHP fayllar root-da
  • wp-content/uploads/ içində .php fayllar (bura yalnız şəkillər olmalıdır)
  • Yeni yaranmış wp-admin/-da fayllar
  • shell.php, backdoor.php, check.php kimi adlar

3. .htaccess yoxlanış

Hacker .htaccess-i redaktə edib redirect əlavə edə bilər:

  • cPanel-də .htaccess açın
  • Tanımadığınız RewriteRule görsəniz silin
  • Default WP .htaccess-i bərpa edin

4. WP core təzələmə

  • WordPress.org-dan ən son ZIP endirin
  • wp-content qovluğunu istisna olmaqla bütün fayllarınızı silin
  • Yeni WP fayllarını yükləyin

5. Plugin və temaları yenidən install

  • WP admin → Plugins → bütün deactivate
  • FTP/cPanel ilə wp-content/plugins/ qovluğunu silin
  • Plugin-ləri yenidən install
  • Eyni: tema
6

Database təmizləmə

Bəzən zərərli kod database-dədir:

  1. phpMyAdmin → wp_options → option_name 'siteurl', 'home' → düzgün URL?
  2. wp_users → şübhəli admin user-lər → silin
  3. wp_posts → boş və ya spam başlıqlı post-lar → silin
  4. wp_options-da "
7

Yenidən qoruma

Sayt bərpa olduqdan sonra hack təkrarlanmasın:

  • Wordfence Free aktiv et
  • 2FA login
  • Auto-update aktiv et (WP, plugins, themes)
  • WPS Hide Login plugin (wp-admin URL gizlət)
  • UpdraftPlus daily backup
  • PHP versiyasını 8.2-yə yenilə
  • SSL aktiv (HTTPS məcburi)
8

Google Search Console yoxlama

Google saytınızı "hack olunmuş" kimi qeyd edə bilər:

  1. GSC → Security & Manual Actions → Security Issues
  2. Əgər "Hacked content" görsəniz → "Request a review"
  3. Düzəliş təsvirini yazın: "Sayt hack edildi, təmizləndi, qoruma əlavə olundu"
  4. Google 1-3 günə yoxlayır, fail olarsa siyahıdan çıxır
+

Hostinq dəstəyə müraciət

Özünüz çətinlik çəkirsənsə Hostinq.az dəstək komandası kömək edir:

  • Server-side malware scan (İmunify360)
  • Backup-dan bərpa
  • Professional təmizləmə xidməti

FAQ

Hack-dan sonra Google sıralamasını itirəcəyəm?

Tez bərpa etsəniz minimal təsir. 1-2 həftə spam görünürsə sıralama bərpa olunur. Daha uzun isə uzun-müddətli zərər ola bilər.

Hosting-i dəyişməliyəm?

Yox - hack hosting səbəbiylə yox, sizin saytın zəifliklərindən baş verir. Yaxşı hosting (Hostinq.az + İmunify360) buna qarşı qoruma verir.

Hacker kim idi tapmaq olur?

Adətən yox - botlar avtomatikdir. Server log-da IP görmək olar, amma anonim VPN istifadə edirlər. Hostinq.az IP-ləri bloklayır.

Hostinq.az hostingində qoruma daxildir

İmunify360 AV + CSF Firewall + AutoSSL + gündəlik backup - hack riskini 95% azaldır.

Hosting paketləri