Email spoofing-dən qorun - SPF, DKIM, DMARC tam izahı

?

Email-lərinizi spam qovluğundan çıxarın

SPF, DKIM, DMARC - bu üç qısaltma email-inizin Gmail/Outlook tərəfindən etibarlı qəbul olunması üçün lazımdır. Quraşdırılmazsa, müştəriyə göndərdiyiniz mail SPAM qovluğuna düşür və ya heç çatmır. Bu bələdçidə hər üçünü 15 dəqiqəyə qurmağı öyrənəcəksiniz.

1

Niyə bu 3 protokol vacibdir?

Email-in əsas problemi onun protokol səviyyəsində heç bir kimlik təsdiqi olmamasıdır. Hər kəs istənilən "From" ünvanından mail göndərə bilər (məs. info@bankin.az). Buna spoofing deyilir.

Bu üç protokol - SPF, DKIM və DMARC - bu problemi həll edir:

  • SPF: "Bu domeni hansı serverlər mail göndərə bilər?" siyahısı
  • DKIM: rəqəmsal imzanı təsdiqləyir (mail həqiqi göndərəndəndirmi)
  • DMARC: əgər SPF/DKIM uğursuz olsa qəbul edən nə etməli (rədd, karantin, qəbul)
⚠️

2024-dən vacib: Google və Yahoo gündə 5000+ mail göndərənlərdən DMARC tələb edir. Bu olmasa mail-iniz spam-a getmir, qətiyyən çatmır.

2

SPF - Sender Policy Framework

SPF - DNS-də TXT record kimi yerləşir. Domeniniz adına hansı server-lər mail göndərə bilər siyahısıdır.

Tipik SPF record

  • Type: TXT
  • Host: @ (yəni domen özü)
  • Value: v=spf1 +a +mx +ip4:94.20.59.155 ~all

İzah

  • v=spf1 - SPF v1 protokolu
  • +a - domain-in A record-undakı IP icazəlidir
  • +mx - domain MX record-undakı serverlər icazəli
  • +ip4:... - konkret IP icazəli
  • ~all - qalanları "soft fail" (spam-a getsin)

Google Workspace istifadə edirsinizsə

v=spf1 include:_spf.google.com ~all

Microsoft 365 üçün: v=spf1 include:spf.protection.outlook.com ~all

?

Tek domen üçün bir SPF record: 2-ci SPF record əlavə etməyin. Bir record-da bütün include-ları birləşdirin.

3

DKIM - DomainKeys Identified Mail

DKIM - mail göndərən server tərəfindən mail-ə əlavə edilən kriptoqrafik imzadır. Qəbul edən server bu imzanı sizin DNS-də olan açıq açar (public key) ilə yoxlayır.

cPanel-də avtomatik

Hostinq.az hostinginizdə cPanel DKIM-i avtomatik qurur - heç bir DNS record əlavə etməyiniz lazım deyil. Yoxlamaq üçün:

  1. cPanel → Email Deliverability bölməsinə girin
  2. Domeninizi seçin
  3. SPF və DKIM "Valid" statusu olsun
  4. "Repair" düyməsi varsa basın (problem varsa avto-həll edilir)

DKIM record nümunəsi

  • Type: TXT
  • Host: default._domainkey
  • Value: v=DKIM1; k=rsa; p=MIGfMA0G... (uzun açıq açar)
4

DMARC - siyasət təbəqəsi

DMARC - SPF və DKIM-in nəticələrinə əsasən qəbul edən nə etməli olduğunu bildirir.

DMARC record

  • Type: TXT
  • Host: _dmarc
  • Value: v=DMARC1; p=quarantine; rua=mailto:postmaster@saytinız.az; pct=100

Policy seçimləri

  • p=none - monitor only (yeni başlayanda)
  • p=quarantine - SPF/DKIM fail mail spam-a getsin
  • p=reject - fail mail tamamilə rədd olunsun (peşəkar)

Tövsiyə: əvvəl p=none ilə başlayın, 1 ay raporlara baxın, hər şey OK isə p=quarantine-ə keçin.

Aggregate raporlar

rua=mailto:postmaster@saytinız.az - gündəlik DMARC raporu bu emailə gəlir. "Kim sənin adından mail göndərdi və nəticə nə oldu" siyahısı.

5

cPanel-də 3 dəqiqəyə qurma

  1. cPanel → Email Deliverability
  2. Domeninizi tapın
  3. "Manage" düyməsinə basın
  4. SPF, DKIM statuslarını yoxlayın
  5. Sarı/Qırmızı görünsə "Repair" basın - avtomatik düzəlir

DMARC manual əlavə

cPanel DMARC-ı avtomatik qurmur, manual əlavə edirsiniz:

  1. cPanel → Zone Editor
  2. Domeninizdə "Manage" basın
  3. Add Record → TXT
  4. Name: _dmarc
  5. TTL: 3600
  6. Record: v=DMARC1; p=quarantine; rua=mailto:postmaster@saytinız.az
  7. Save
6

Yoxlamaq

3 onlayn vasitə ilə yoxlayın:

1. Mail-tester.com

mail-tester.com - sayt verilən email ünvanına test mail göndərirsiniz, onlar 10/10 reytinq verir. 8+ yaxşıdır.

2. MXToolbox

mxtoolbox.com - Domeniniz daxil edin, bütün DNS record-larını skan edir. SPF, DKIM, DMARC "Pass" görməlisiniz.

3. Google Postmaster Tools

Daimi monitor: postmaster.google.com. Gmail-ə göndərdiyiniz mail-lərin reputation, spam rate, authentication statistikası.

?

DNS yayılma: Dəyişiklik etdikdən sonra 1-24 saat gözləyin. Erkən test etsəniz hələ köhnə record görünür.

FAQ

SPF varsa DKIM, DMARC niyə lazımdır?

SPF yalnız "hansı IP-dən" yoxlayır, məzmunu yox. DKIM məzmunu da imzalayır. DMARC isə hər iki uğursuz olsa qaydaları təyin edir. Üçü birlikdə = maksimum qoruma.

Email spam-a düşür - necə düzəltmək?

1) SPF, DKIM, DMARC qurun, 2) IP reputation yoxlayın (mxtoolbox), 3) Mail məzmunu "spam" sözlər istifadə etməyin ("100% pulsuz!", "İndi al!"), 4) Mail-tester ilə skor 8+ olsun.

3-cü tərəf email xidməti (Mailchimp) istifadə edirəm - necə əlavə?

Onların SPF include-larını sizin SPF-ə əlavə edin: v=spf1 include:_spf.google.com include:servers.mcsv.net ~all

Tək saytım var, niyə bunlar lazımdır?

Bir biznes saytı 1 müştəriyə invoice mail göndərirsə də vacibdir. Yoxsa müştəri "sizdən mail gəlmədi" deyir, əslində spamə düşüb.

Hostinq.az-da email həlləri

Korporativ email + SPF/DKIM avtomatik konfiqurasyonlu. SpamGuard MX, Brand domeninizlə professional görünüş.

Korporativ Mail paketlərinə bax