XSS (Cross-Site Scripting) - hacker saytınıza zərərli JavaScript yerləşdirir, ziyarətçi səhifəni açanda script onun brauzerində icra olunur. Cookie oğurluğu, session hijacking və phishing üçün istifadə olunur.
XSS növləri
Stored XSS
Hacker komment formasına və ya profile-də <script>alert(XSS)</script> yerləşdirir. DB-də saxlanılır - səhifəni açan hər kəs üçün script icra olunur.
Reflected XSS
URL parametrində script: ?search=<script>...</script>. Sayt onu echo edirsə, link açan ziyarətçidə script işləyir.
DOM-based XSS
JavaScript URL hash-ı oxuyur və DOM-a inject edir - server-side rendering olmadan da işləyir.
XSS niyə təhlükəlidir?
Cookie oğurluğu
document.cookie ilə brauzerdəki bütün cookie-lər oxunur və hacker server-inə göndərilir. Admin session-u oğurlana bilər.
Keylogger
JS ilə bütün klaviatura basışları qeyd edilə bilər - şifrələr, kart məlumatları.
Phishing
Saytın görünüşü dəyişdirilərək fake login formu göstərilə bilər.
XSS qoruması necə edilir?
1. Output escape
Bütün istifadəçi input-u HTML olaraq render etmədən əvvəl escape edin:
echo htmlspecialchars($user_input, ENT_QUOTES, "UTF-8");2. Content Security Policy (CSP)
HTTP header ilə hansı JS-in işləyə biləcəyini məhdudlaşdırın:
Content-Security-Policy: default-src self; script-src self https://cdn.example.comInline JS və xarici JS yalnız whitelisted domain-lərdən.
3. HttpOnly cookie flag
Sessiya cookie-sini HttpOnly flag-ı ilə təyin edin - JavaScript onu oxuya bilməz, yalnız HTTP request-də göndərilir.
4. Input validation
Yalnız gözlənilən format qəbul edin - email field-ə yalnız email regex-i, name-ə yalnız hərflər.
WordPress-də XSS qoruması
Built-in funksiyalar
esc_html()- HTML escapeesc_attr()- HTML attribute escapeesc_url()- URL escapeesc_js()- JavaScript context escape
React, Vue, Angular avtomatik qoruyur
Modern frontend framework-lər default olaraq XSS escape edir. Lakin dangerouslySetInnerHTML kimi escape edilməyən API-lərə diqqət edin.
X-XSS-Protection header
Köhnə brauzerlər üçün:
Header always set X-XSS-Protection "1; mode=block"Modern brauzerlər CSP-yə üstünlük verir.
XSS test alətləri
- OWASP ZAP - pulsuz pen-test platforması
- Burp Suite - pro pen-test platforması
- XSStrike - command-line XSS skaner
WAF XSS qoruması
Hostinq.az ModSecurity OWASP Core Rule Set ilə yüksək təhlükəli XSS payload-larını bloklayır. Cloudflare WAF əlavə qatdır.
Hostinq.az hosting - server-side XSS qoruması hazır.