NVMe SSD vs SATA SSD: hostinq sürətində nə qədər fərq edir?

NVMe SSD ilə SATA SSD arasında nə fərq var?

Hostinq seçərkən "SSD disk" yazısını görmək artıq adətdir - lakin SSD-lər də öz aralarında fərqlidir. NVMe SSD və SATA SSD eyni texnologiya deyil. Hostinq.az 2024-cü ildən bütün serverləri NVMe SSD-yə keçirdi. Niyə bunu etdik və müştərilərə nə fərq verir?

Texniki müqayisə

SATA SSDNVMe SSD
Bağlantı protokoluSATA IIIPCIe Gen 3/4
Maksimum oxuma~550 MB/s~3500-7000 MB/s
Maksimum yazma~520 MB/s~3000-5000 MB/s
Random IOPS~80,000~600,000+
Gecikmə (latency)~70 μs~10-20 μs

Real fərq: WordPress yüklənmə testi

WordPress saytında 50 plugin və 10,000 post ilə test:

  • SATA SSD: 2.8 saniyə (TTFB ~700ms)
  • NVMe SSD: 0.9 saniyə (TTFB ~190ms)

Yəni eyni paketdə, eyni RAM-da, sadəcə disk dəyişikliyi 3x sürət artırır.

Nə vaxt fərq vacibdir?

  • E-ticarət sayt-lar - checkout və axtarış sürəti birbaşa konversiyaya təsir edir
  • Yüksək trafikli bloglar - eyni anda 100+ ziyarətçi olarsa NVMe-də heç bir performans azalması olmur
  • Çox plugin-li WordPress - hər plugin DB-yə müraciət edir, NVMe bunları daha sürətli xidmət edir
  • Forum və community siteleri - anlıq update və oxuma əməliyyatları çox olur

Hostinq.az-da NVMe nəyə daxildir?

Bütün paketlərimizdə - Ekonomik X1-dən VIP X4-ə qədər - disk NVMe-dir. Əlavə ödəniş yoxdur.

Sürət testləri canlı sayt üçün önemli olduğundan, paket seçərkən bunu da nəzərə alın.

Paylaş: