LSCache + Redis: WordPress saytınızı 5 dəfə sürətləndirin

WordPress saytınız 3 saniyədən çox yüklənirsə, ziyarətçilərin 53%-i tərk edir (Google statistikası). LSCacheRedis birgə istifadə etdikdə yüklənmə vaxtını 5 dəfə azalda bilər.

LSCache nədir və necə işləyir?

LiteSpeed Cache - server səviyyəsində quraşdırılmış səhifə cache sistemidir. Ziyarətçi səhifəni açanda ilk dəfə PHP+MySQL işləyir, nəticə isə cache-də saxlanır. Növbəti ziyarətçilər üçün artıq PHP işləmir - statik HTML kimi təqdim edilir.

Hansı sürət artımı verir?

Tipik WordPress saytı: 1.8 saniyə0.3 saniyə. Bu Google PageSpeed-də 60 baldan 95+ bala qaldırır.

Redis nədir və niyə lazımdır?

Redis - RAM-da işləyən açar-dəyər verilənlər bazasıdır. WordPress hər səhifə üçün 50+ MySQL sorğusu edir; Redis bunları cache-də saxlayır - cavab vaxtı millisaniyəyə düşür.

Object cache nə deməkdir?

WordPress object cache - DB-dən gələn nəticələri (options, posts, users) yaddaşda saxlayır. Redis ilə bu cache server reboot-dan sonra da qalır.

LSCache + Redis birgə necə işləyir?

LSCache statik HTML üçün

Anonim ziyarətçilərə dərhal statik HTML qaytarır - PHP işləmir.

Redis dinamik məzmun üçün

Daxil olmuş istifadəçilər, sebet, hesab səhifəsi - bunlar cache olunmur, lakin Redis ilə DB sorğuları sürətlənir.

WordPress-də necə aktivləşdirilir?

LSCache plagini

WordPress admin → Plagins → "LiteSpeed Cache" axtarın → quraşdırın və aktivləşdirin. Hostinq.az saytlarında bu plagin avtomatik quraşdırılıb.

Redis object cache

cPanel → "Object Cache" → Redis seçin → "Enable". Hostinq.az saytlarda LVE-də avtomatik 256 MB Redis ayrılır.

WooCommerce-də fərq necə hiss olunur?

1000 məhsullu mağaza: səhifə yüklənmə 2.5s → 0.5s. Çatdırılma və sebət sürəti də artır - conversion rate 15-25% artır.

Hostinq.az-da hazır quraşdırılıb

Bronze paketdən başlayaraq bütün planlarda LSCache + Redis hazır şəkildə işləyir. Paketlərə baxın və saytınızı dərhal sürətləndirin.

Paylaş: