LiteSpeed, Apache və Nginx: hansı web server daha sürətlidir?

Web server saytınızın əsas mühərrikidir - ziyarətçi sorğularını qəbul edib cavablandırır. Üç ən populyar açıq mənbə seçim var: Apache, NginxLiteSpeed. Hansının daha sürətli olduğunu real testlərlə müqayisə edirik.

Apache nədir?

1995-ci ildən mövcud olan ən qədim web serverdir. .htaccess faylı vasitəsilə hər qovluqda konfiqurasiya etmək imkanı populyarlığının səbəbi olub. Lakin process-based memory model köhnə və yavaşdır.

Nginx necə fərqlidir?

2004-cü ildə yaradılıb. Event-driven memory model - eyni RAM ilə 10 dəfə çox eyni anda bağlantı emal edə bilir. C10K problemini həll edən birinci server.

LiteSpeed niyə daha yaxşıdır?

2003-cü ildən mövcuddur, lakin son 5 ildə dramatik inkişaf etdi. Event-driven Nginx kimi, lakin .htaccess uyğunluğu Apache kimi.

LiteSpeed-in əsas üstünlüyü nədir?

LSCache - server səviyyəsində quraşdırılmış cache mexanizmi. WordPress üçün LSCache plagini ilə birgə işləyir - səhifə yüklənmə sürəti 80% artır.

Real performance benchmark

Saniyədə nə qədər sorğu emal edə bilir?

  • Apache (mpm-prefork): 1,200 req/sec
  • Apache (mpm-event): 5,000 req/sec
  • Nginx: 15,000 req/sec
  • LiteSpeed: 22,000 req/sec

HTTP/3 dəstəyi varmı?

LiteSpeed - HTTP/3-ü ilk dəstəkləyən web server idi (2019). Nginx 1.25-dən etibarən, Apache hələ də stable buraxılışında yoxdur.

WordPress üçün hansı server daha yaxşıdır?

LiteSpeed + LSCache plagini birləşməsi WordPress üçün industri standartıdır. Nginx ilə FastCGI cache də yaxşıdır, lakin LSCache qədər inteqrasiya yoxdur.

WooCommerce-də fərq necə hiss olunur?

WooCommerce dynamic cache çətindir (sebet, hesab, ödəniş). LSCache-in ESI (Edge Side Includes) texnologiyası bunu həll edir - statik hissə cache, dinamik hissə real-time.

Hostinq.az LiteSpeed istifadə edir

Bütün shared hosting paketlərində Enterprise LiteSpeed quraşdırılıb. LSCache plagini avtomatik aktivdir - WordPress sayt sürətiniz dərhal 3-5 dəfə artır. Paketlərə baxın.

Paylaş: