Hostinq mobil tətbiqi App Store və Google Play-də

Hostinq cibinizdə: yeni mobil tətbiqimiz təqdim olunur

Aylar boyu işlədiyimiz Hostinq.az mobil tətbiqi nəhayət ki həm App Store, həm də Google Play-də mövcuddur. Flutter ilə hazırlanmış, sürətli və yüngül - istənilən hesab əməliyyatını saytın açmadan etməyə imkan verir.

Tətbiqdə nə var?

  • Hostinq və domen idarəetməsi - bütün aktiv xidmətləriniz bir yerdə, vaxt qalan günlər görünür.
  • Faktura izləmə və ödəmə - Epoint ilə kart məlumatınızı bir dəfə daxil edib sonradan tək kliklə tutdura bilərsiniz.
  • Domen əməliyyatları - DNS, contact, kilid, transfer açarı - hamısı tətbiq daxilindədir.
  • Canlı dəstək - ticket aç, ya da WhatsApp/Telegram dirək-dirək açıla bilir.
  • Real-time bildirişlər - invoice yaranan kimi push gəlir, ödəniş tutulduqda təsdiq alırsan.

Niyə Flutter?

Tək kod bazası ilə həm iOS həm Android - yəni xüsusiyyət əlavə etdiyimizdə hər iki platforma eyni anda gəlir. Tətbiq tam native performans verir, batareyaya minimal yük salır.

Hansı cihazlarda işləyir?

  • iOS 14+ - iPhone və iPad
  • Android 6+ - bütün aktual telefon və planşetlər

Necə yüklə

App Store-da və ya Google Play-də "Hostinq.az" yazıb axtar - və ya saytımızdan birbaşa link al. Hesab məlumatlarınızla giriş edin, hər şey iki dəqiqədə hazır olur.

İlk versiyada əldə edə bilmədiyiniz funksiyanız varsa, dəstək komandamıza bildirin - gələn yeniləmələrdə əlavə edirik.

Paylaş: