DNS (Domain Name System) - internetin ünvan kitabıdır. hostinq.az yazanda DNS həmin domeni serverin IP ünvanına çevirir. DNS-də müxtəlif qeyd növləri var, hər birinin öz funksiyası.
DNS necə işləyir?
Brauzerdə hostinq.az yazırsınız → kompüteriniz DNS server-ə sual göndərir "bunun IP-si nədir?" → DNS server cavab verir → brauzer həmin IP-yə HTTP sorğusu göndərir → sayt yüklənir.
A Record (Address)
A qeydi nədir?
Domeni IPv4 ünvana bağlayır. Məsələn: hostinq.az → 94.20.59.155. Bu ən vacib qeyd növüdür.
Necə konfiqurasiya olunur?
cPanel → "Zone Editor" → Add Record → Type: A → Name: @ → Address: 94.20.59.155 → Save.
AAAA Record
A qeydinin IPv6 versiyası. IPv6 ünvanlar 128-bitdir. Modern internetə hazır olmaq üçün AAAA qeydi də əlavə etmək tövsiyə olunur.
CNAME Record (Canonical Name)
CNAME nə üçün lazımdır?
Bir domeni digərinə yönəldir. Məs. www.hostinq.az → hostinq.az CNAME ilə qurulur.
Vacib qayda
Root domain (@) üçün CNAME istifadə etmək olmaz - yalnız subdomain üçün.
MX Record (Mail Exchange)
Email-lər hara getdiyini necə bilir?
name@hostinq.az ünvanına email göndərənda göndərənin mail serveri DNS-ə soruşur "hostinq.az-ın MX qeydi haradır?" - MX hosting serverinə yönləndirir.
Yandex Mail üçün
Yandex Mail istifadə edirsinizsə MX qeydiniz mx.yandex.net (priority 10) olur.
TXT Record
TXT qeydi nə üçündür?
Domeni doğrulamaq və ya konfiqurasiya kommunikasiyası üçün. Üç əsas istifadə:
SPF (Sender Policy Framework)
Hansı serverlərin domen adından email göndərmək hüququ olduğunu müəyyən edir. Spam-a qarşı qoruyur. Məs: v=spf1 mx ~all
DKIM (DomainKeys Identified Mail)
Email-in göndərici tərəfindən düzgün imzalandığını yoxlayır. Spoofing-ə qarşı.
DMARC
SPF + DKIM-i birləşdirib siyasət təyin edir. Məs: v=DMARC1; p=reject; rua=mailto:dmarc@sayt.az
NS Record (Name Server)
Domenin hansı DNS serverlərdən idarə edildiyini göstərir. Hostinq.az: ns1.hostinq.net, ns2.hostinq.net.
SRV Record (Service)
Xüsusi xidmətlər üçün (VoIP, XMPP). Adi sayt üçün lazım deyil.
TTL nə deməkdir?
Time To Live - DNS qeydinin saxlanma müddəti. 3600 saniyə (1 saat) standartdır. Dəyişiklik etmədən əvvəl 300-ə endirin propagation sürətli olsun deyə.
DNS propagation
Dəyişiklik qlobalda yayılması 5 dəqiqədən 48 saata qədər çəkə bilər. Hostinq.az + Cloudflare DNS istifadə edirsinizsə 1-5 dəqiqədir.
Hostinq.az-da pulsuz Cloudflare DNS - sürətli və etibarlı, domen alarkən avtomatik aktivləşir.