DNS necə işləyir? Sayt-açma prosesi 4 dəqiqədə

DNS nədir və saytlar necə tapılır?

Brauzerdə hostinq.az yazıb Enter basanda, neçə komponent 0.1 saniyədə birgə işləyir ki, sayt sənə gəlsin. Bu yazıda DNS sistemini sadə dildə izah edirik.

İnternet ünvanları iki cürdür

  • Domen adı: hostinq.az - insanlar üçün yadda saxlamağa asan
  • IP ünvan: 5.189.187.174 - kompüterlər üçün

DNS sistemi bu ikisini bir-birinə qoşur. Brauzerin "yandex.ru hansı IP-də?" sualına cavab verir.

Sayt açılmasının 6 mərhələsi

  1. Brauzer: "hostinq.az nədir?" - DNS server-ə soruş
  2. Local DNS cache: ya əvvəl axtarıldı, ya yox. Yox isə davam et.
  3. Resolver (ISP-nin DNS server-i): kök server-ə soruş
  4. Root server: ".az TLD-i hansı server-də?"
  5. .az TLD server: "hostinq.az-ın nameserver-i nədir?"
  6. Nameserver (Hostinq.az own DNS): "A record: 5.189.187.174"

Bu 6 mərhələ orta hesabla 50-100 ms çəkir. Cache aktiv olsa, 5 ms-yə düşür.

DNS qeyd növləri

QeydNə üçün
ADomen → IPv4 ünvanı
AAAADomen → IPv6 ünvanı
CNAMEAlias - bir adın digərinə yönləndirilməsi
MXEmail server-i (mail.sirket.az kimi)
TXTMətnli verilenler - SPF, DKIM, doğrulama tokenləri
NSHansı server bu domen üçün avtoritetdir

DNS propaqandası nə vaxt çəkir?

DNS dəyişikliyi etdikdə dünya boyu cache-lərin yenilənməsi 1-48 saat çəkə bilər. Çoxu üçün 1-4 saat real-life-dadır. Bu səbəbdən:

  • Yenilik etməzdən əvvəl TTL-i azaltın (300 saniyəyə kimi)
  • Hostinq.az-da DNS aşağı TTL ilə işləyir, sürətli propaqasiya verir

Domain və DNS köçürmə zamanı texniki kömək lazım olarsa, dəstək biletini açın.

Paylaş: