cPanel - dünyanın ən populyar web hosting idarəetmə panelidir. Texniki bilik tələb etmədən serverdə hər şeyi qrafik interfeys vasitəsilə idarə etməyə imkan verir.
cPanel-ə necə daxil olmaq olar?
İki üsul var: hostinq.az/cpanel formasında URL ilə və ya sayt.az:2083 portundan birbaşa. Username və şifrə hosting alarkən e-poçtla göndərilir.
Fayl idarəetməsi necə işləyir?
File Manager nədir?
Browser-də işləyən FTP alternativi. Faylları upload, dəyiş, sil, izinləri (chmod) dəyişmək olar. ZIP arxivləri açıb-bağlamaq dəstəklənir.
FTP hesabları necə yaradılır?
"FTP Accounts" bölməsindən yeni istifadəçi yaradın, ona xüsusi qovluq təyin edin. FileZilla və ya WinSCP ilə bağlanın.
Email idarəetməsi
Email hesabı necə yaradılır?
"Email Accounts" → "Create" → istifadəçi adı + şifrə daxil edin. Hesab dərhal hazır olur. info@sayt.az formatında olur.
Roundcube webmail nədir?
Browser-də işləyən email müştərisidir. Hesab şifrəsi ilə daxil olub email göndərib qəbul edə bilərsiniz.
Verilənlər bazası (DB)
MySQL bazası necə yaradılır?
"MySQL Databases" → DB adı daxil edin → "Create Database". Sonra "Add User" ilə istifadəçi yaradın və ona DB-yə icazə verin.
phpMyAdmin nədir?
Browser-də SQL sorğuları icra etmək üçün alət. Cədvəlləri görmək, məlumat redaktə etmək, SQL fayl import etmək olar.
Domen və subdomen
Subdomain necə yaradılır?
"Subdomains" → "blog" daxil edin → domeni seçin. blog.sayt.az dərhal aktiv olur, faylları öz qovluğa yükləyin.
Domain redirect necə qurulur?
"Redirects" → köhnə URL → yeni URL → 301 (daimi) və ya 302 (müvəqqəti) seçin.
Yedəkləmə (Backup)
Tam backup necə alınır?
"Backup Wizard" → "Full Backup" → home directory seçin → tar.gz arxiv olaraq endirin. Daxilində bütün fayllar + DB + email var.
SSL sertifikatı
Lets Encrypt SSL necə quraşdırılır?
Hostinq.az-da avtomatik aktivdir - domen əlavə edən kimi 5 dəqiqə içində SSL hazır olur. Manuel quraşdırma "SSL/TLS" bölməsindən.
Cron Jobs
Cron job nədir?
Müəyyən vaxtda avtomatik işləyən tapşırıqdır. Məsələn, hər gecə saat 2-də backup götürmək, hər saatda email göndərmək.
Hostinq.az hosting paketi alın - cPanel girişi 5 dəqiqədə hazır olur.