Hostinq.az-da avtomatik ödəniş artıq aktivdir
Bu ayın ən böyük yeniliyi - Hostinq.az müştəriləri artıq hostinq və domen ödənişlərini avtomatik tutdurma imkanına sahibdir. Ödəniş tarixi yaxınlaşanda sistem öz-özünə kartdan tutur, sənin heç bir əməliyyat etmək məcburiyyətin qalmır.
Necə işləyir?
- İlk ödənişdə ödəmə səhifəsində "Bu kartı yadda saxla" işarələnir (default açıqdır).
- Epoint kartı təhlükəsiz şəkildə bank yaddaşında saxlayır - kart məlumatı saytımıza heç vaxt çatmır.
- Hostinq və ya domen vaxtı yaxınlaşanda sistem avtomatik olaraq həmin kartdan ödənişi alır.
- Faktura "ödənmiş" statusuna keçir, xidmət bir dövr daha uzanır.
Niyə bunu açdıq?
Hər il onlarla müştəri hostinq müddəti yaxınlaşdığını unudur - sayt qısa müddətə dayanır, sonra biz əl ilə bərpa edirik. Avtomatik yenilənmə bu problemi tamamilə həll edir:
- Sayt heç vaxt dayanmaz - bu xidmət üzərində biznes quranlar üçün kritikdir.
- Vaxt qənaət edirsən - invoice axtarıb ödəmək, hər dəfə kart məlumatı yazmaq lazım deyil.
- Tam müştəri kontrolu - istənilən vaxt müştəri panelindən söndürə bilərsən.
Təhlükəsizlik
Kart məlumatınız heç vaxt Hostinq.az serverlərinə yazılmır. Yalnız Epoint-in PCI-DSS sertifikatlı yaddaşında qalır. Biz sadəcə token istifadə edirik - bu token kart məlumatlarını təmsil etmir, yalnız Epoint üzərindən hər tutum imkanı verir.
Tutum baş tutmasa (məsələn kart limit aşıb), sənə email göndərilir və sən manual ödəyə bilərsən.
Necə aktivləşdirilir?
Müştəri panelinə gir → Xidmətlər → istənilən hostinqə klik → "Auto-pay" toggle-i aç. Saxlanmış kart yoxdursa, növbəti ödənişində kart məlumatını daxil edib "Bu kartı yadda saxla"-nı seç.
Suallar üçün dəstək komandamızla əlaqə saxla.