SSH key autentifikasiyası | Bilgi Bankası

SSH key autentifikasiyası

Şifrə əvəzinə açar - daha təhlükəsiz

SSH parol mütləq brute-force-a məruz qalır. SSH key-pair (açar cütlüyü) istifadə etsən, şifrəni tamam söndürə bilərsən. Hesab oğurluğu praktiki olaraq qeyri-mümkün olur.

1. Yerli kompüterində açar yarat

ssh-keygen -t ed25519 -C "ad@gmail.com"

Saxlama yolu (default ~/.ssh/id_ed25519) və passphrase soruşur. Passphrase qoymağı tövsiyə edirik - açar oğurlanırsa belə işləməz.

2. Açarı serverə kopyala

ssh-copy-id user@server-ip

Bu mümkün deyilsə manual:

cat ~/.ssh/id_ed25519.pub | ssh user@server "mkdir -p ~/.ssh && cat >> ~/.ssh/authorized_keys"
ssh user@server "chmod 700 ~/.ssh && chmod 600 ~/.ssh/authorized_keys"

3. Test et

ssh user@server

Şifrə soruşmadan daxil olmalıdır.

4. Şifrə autentifikasiyasını söndür

Serverdə /etc/ssh/sshd_config:

PasswordAuthentication no
PubkeyAuthentication yes
PermitRootLogin prohibit-password
sudo systemctl restart sshd

Diqqət: Söndürmədən əvvəl mütləq başqa terminal pəncərəsindən açarla daxil ola bildiyinə əmin ol - yoxsa özünü xaric edərsən!

Multi-server üçün SSH config

~/.ssh/config:

Host webserver
    HostName 94.20.59.155
    User root
    IdentityFile ~/.ssh/id_ed25519

Host dbserver
    HostName 94.20.59.156
    User admin
    Port 2222
    IdentityFile ~/.ssh/dbkey

İndi sadəcə ssh webserver deyirsən.

Açarı bir neçə kompüterdə istifadə

Eyni private key-i kopyalama. Hər kompüter üçün ayrı açar yarat və hamısını serverdə authorized_keys-ə əlavə et.

Axtardığınız məlumatı tapa bilmirsiniz?

Bilik bazasını nəzərdən keçirmisiniz, amma lazım olan cavabı tapmamısınızsa,

bizə dəstək sorğusu yazın.
Bu məqalə faydalı oldu?
Rəyiniz üçün təşəkkür edirik.
Təəssüf edirik. Məqaləni daha yaxşı hala gətirəcəyik.
Siz artıq səs vermisiniz.
(56 dəfə oxunub, 0 nəfər faydalı sayıb)