Linux fayl icazələri (chmod, chown) izahı | Bilgi Bankası

Linux fayl icazələri (chmod, chown) izahı

UNIX icazə modeli

Hər fayl və qovluğun 3 səviyyəli icazəsi var: owner (sahib), group (qrup), others (digərləri). Hər birinin 3 icazəsi: read, write, execute.

Oxuma - ls -l

-rw-r--r--  1 user www-data  1234 May  4 12:00 index.html
drwxr-xr-x  2 user www-data  4096 May  4 12:00 uploads/

Soldan sağa: - fayl növü (d=qovluq, -=adi fayl, l=link), sonra owner/group/others icazələri.

Rəqəm sistemi

r=4, w=2, x=1
7 = rwx (4+2+1)
6 = rw- (4+2)
5 = r-x (4+1)
4 = r-- (4)

chmod istifadəsi

# Owner=rw, group=r, others=r (644 - adi fayllar üçün)
chmod 644 index.html

# Owner=rwx, group=rx, others=rx (755 - qovluqlar və skriptlər üçün)
chmod 755 /var/www

# Yalnız owner oxuya bilsin (600 - config faylları üçün)
chmod 600 .env

# Recursive
chmod -R 755 /var/www

chown istifadəsi

# Sahibi dəyişmək
chown www-data:www-data /var/www/upload

# Recursive
chown -R user:www-data /var/www

Web sayt üçün doğru icazələr

  • Qovluqlar: 755
  • Fayllar: 644
  • wp-config.php / .env: 600
  • Yükləmə qovluğu: 755 (yazma üçün owner web istifadəçi olmalı)

Yaygın səhv: 777

chmod 777 hər kəsə yazma icazəsi verir - TƏHLÜKƏLİ. Heç vaxt 777 etmə!

Axtardığınız məlumatı tapa bilmirsiniz?

Bilik bazasını nəzərdən keçirmisiniz, amma lazım olan cavabı tapmamısınızsa,

bizə dəstək sorğusu yazın.
Bu məqalə faydalı oldu?
Rəyiniz üçün təşəkkür edirik.
Təəssüf edirik. Məqaləni daha yaxşı hala gətirəcəyik.
Siz artıq səs vermisiniz.
(66 dəfə oxunub, 0 nəfər faydalı sayıb)